Bakı Bulvarında çəkiliş aparmaq qadağandır?
Digərləri 27 Mar 2023 22:52:00 304 0
"Xəzər Xəbər"in əməkdaşları Bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənari Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib.
Bu xəbəri də oxu: İşləyənlərin DİQQƏTİNƏ: Düzgün oturmasanız ciddi problemlər yarana bilər
Son.az xəzərxəbər-ə istinadən xəbər verir ki, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.
21-ci əsrdə paytaxtın mərkəzində media nümayəndələri üçün belə mənasız qaydanın qoyulması absurddur, gülüncdür. Bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətində qalır.
Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?
Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.
Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.
Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.
İctimai TV-də Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşl�
Britaniyanın "New Scientist" jurnalının araşdırmasına görə, m�
Yasamal rayonunda Əsəd Əhmədov küçəsində sərnişin avtobusu minik avtom
Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nü
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər
Azərbaycanda aprel ayının birindən hava şəraitinin kəskin dəyişəcəyi
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 n
Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki kişiyə ömürlük