Dünən zorlamada ittiham edirdi, bu gün uşaq dünyaya gətirməyə hazılaşır FOTO
Digərləri 27 Mar 2023 22:37:00 330 0
Bu xəbəri də oxu: İmişlidə yanğın olub Ölən var
Məlum olduğu kimi, "Mançester Yunayted"in uzun müddətdir həbsdə olan futbolçusu Meyson Qrinvud barəsində açılan cinayət işi ləğv edilib. Zorlama, təcavüz, cinsi təcavüz və ölümlə hədələmə ittihamları ilə həbs edilən yarımmüdafiəçi artıq ayyarımdır ki, azadlıqdadır.
Son.az bildirir ki, indi haqqında yeni məlumat yayılıb. Qrinvud tezliklə evlənəcək. Özü də o qızla. Bir ildir 4 maddəylə azadlıqdan məhrum edildiyi Harryet Robsonla. Nə qədər qəribə olsa da, gerçəkdir.
Harryet 2001-ci ildə anadan olub. Onlar Meysonla eyni yaşdadırlar. Eyni məktəbdə oxuyublar, uşaqlıqdan bir-birlərini tanıyırlar. 2019-cu ildən, yəni 18 yaşlarıından etibarən birlikdədirlər.
Aşiqlər bütün asudə vaxtlarını birlikdə keçirirdilər: Harryetin "İnstaqram" səhifəsində Meysonla birgə fotoları var idi. 2022-ci ilin əvvəlində o, həmin şəkilləri sildi.
Robson Mançesterdəki universitetlərdən birində iqtisadiyyat üzrə təhsil alıb. Lakin öz ixtisası üzrə işləməyi planlaşdırmır. Qrinvudla qalmaqaldan sonra izləyicilərinin sayı demək olar ki, dörd dəfə artıb.
Qeyd etdiyimiz kimi, Qrinvuda qarşı bütün ittihamlar götürüldükdən sonra cütlük yenidən bir araya gəlib. Meyson Harryetə evlilik təklif etdikdən sonra onlar Londonda görüntülənib. Robsonun artıq hamilə olduğu da iddia edilir. Qəribədir, futbolçunu zorlama, təcavüz, cinsi təcavüz və ölümlə hədələməkdə günahlandıran qadın indi onun övladını dünyaya gətirməyə hazırlaşır. (publika)
İctimai TV-də Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşl�
Britaniyanın "New Scientist" jurnalının araşdırmasına görə, m�
Yasamal rayonunda Əsəd Əhmədov küçəsində sərnişin avtobusu minik avtom
Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nü
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhər
Azərbaycanda aprel ayının birindən hava şəraitinin kəskin dəyişəcəyi
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 n
Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki kişiyə ömürlük
27 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av