Kreml erməniləri HƏDƏLƏDİ:


Digərləri 27 Mar 2023 12:34:00 304 0

Kreml erməniləri HƏDƏLƏDİ:

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi, rusofobiya, Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşmaq xətti pik həddə çatıb. Baş nazir Nikol Paşinyan hakimiyyəti də hər vəchlə xalqını bu əhval-ruhiyyəyə kökləyərək, baş verən bütün uğursuzluqlarda Kremlin günahkar çıxarılmasına çalışır. Və buna da nail olur. Rusiya da bunu gözəl başa düşür. Nüfuzlu media orqanları vasitəsilə İrəvanı aşağılayan məqalələrin sayı artmaqdadır.

Həmin materiallarda anti-Rusiya əhval-ruhiyyəsinin artıq rəsmi İrəvanın əsas prioritetlərindən birinə çevrildiyi vurğulanır.

Onlardan bəzisinə nəzərə salaq.

Məsələn,"Reportyor" nəşri yazır ki, son bir neçə ildə baş nazir Nikol Paşinyan və onun ətrafı Avropa və ABŞ-ın anti-Rusiya dairələrinə çox yaxınlaşıb. İrəvan Qərbə daha sürətlə meyil etməkdədir.

Müəllif yazır ki, "Ermənistan hakimiyyətinin kiçik və kasıb ölkədəki fəaliyyətinin əhəmiyyətli bir hissəsi əhali üçün deyil, tamamilə fərqli dəyərlərdən ibarətdir. Mediada təxribatlar, isterika sevimli məşğuliyyətinə çevrilib. Millətçilik pik həddə çatıb. Rusiyanı Qarabağla bağlı öhdəliklərini yerinə yetirilməməsi kimi fikirlər total xarakter alıb, rusofobiya və müxalifətə təzyiq adi hala çevrilib. Bunlar Paşinyan və komandasının zəngin Qərb təcrübəsini mənimsədiyinin ən parlaq "nailiyyətləri"dir".

Qarabağda Azərbaycanın apardığı əməliyyatları haqlı sayan nəşr yazır ki, "Ermənistan hökumətinin başçısı və onun şərikləri yenidən Rusiyanı nədəsə günahlandırmağa və Qərbdən vəziyyətə müdaxilə etməyi xahiş etməyə başlayacaqlar. Fransa və Birləşmiş Ştatlar da bu prosesdə iştirak edəcəklər, çünki Emmanuel Makron və Co Bayden öz ölkələrindəki aktual daxili problemlərin həllindən daha çox Rusiya lideri Vladimir Putinin sülhməramlı təşəbbüsünə mane olmaqda maraqlıdırlar. Ona görə də regionda qanlı təxribatlar tamamilə mümkündür. Moskvanın səylərini gözdən salmaq və bölgədə münaqişənin qızışdırılması Qərbin regionda əsas məqsədinə çevrilib".

Başqa bir nəşr - "Arqumentı nedeli"nin dərc etdiyi "Qudbay Armeniya" başlıqlı məqalədə də Ermənistanın ikiüzlü, Qərb, xüsusən də Birləşmiş Ştatlarla yaxınlaşma siyasəti yürütməsi qabardılıb. Müəllif yazır ki, "Rusiya son illərə kimi sakinlərinin soyadı "yan" ilə bitən kiçik bir ölkə ilə dost idi. Bu ölkə Adler və Soçi deyil, baxmayaraq ki, orada "ovlar" dan daha çox "yanlar" var. Bu ölkə Ermənistan adlanır. Rusiya ilə yaxın dost idi, hərbi baza yaratdıq, sülhməramlılar yerləşdirdik və s. Lakin kiçik postsovet hökmdarlarının anadangəlmə travması var: xeyirxahlığı zəiflik kimi qəbul edirlər. Erməni radiosu ilə bağlı zarafatları sevən baş nazir Paşinyan ona çörək verənin əlini dişləyib. Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit edilmiş öhdəlikləri konstitusiyaya uyğun olaraq tanıyıb. Bu nədir, nə haqqındadır və nə ilə yeyilir, özünüz üçün təxmin edin. Amma çətin ki, Rusiya liderinin İrəvana dövlət səfəri yaxın vaxtlarda baş tutsun".

Azər Nuriyev Son.az

"Çay yığa bilməsəm də, heç olmasa şəkil çəkdirdim" like
  • 27 Mar 12:30  
Şou-biznes "Çay yığa bilməsəm də, heç olmasa şəkil çəkdirdim"

"Rahat ərazidən qaçış! Əks halda heç nə dəyişməyəcək. Özümü

arrow Ətraflı
İsrail Prezidenti bu il Azərbaycana səfər etməyi planlaşdırır like
  • 27 Mar 12:25  
Siyasət İsrail Prezidenti bu il Azərbaycana səfər etməyi planlaşdırır

İsrail Prezidenti İshaq Hersoq bu il Azərbaycana səfər etməyi planlaşdır

arrow Ətraflı
Məhkəməyə məcburi çağırılan BSUnun rektoru prosesə gəlmədi like
  • 27 Mar 12:19  
Kriminal Məhkəməyə məcburi çağırılan BSUnun rektoru prosesə gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsi

arrow Ətraflı
Məşhur aktyor həbs olundu like
  • 27 Mar 12:08  
Şou-biznes Məşhur aktyor həbs olundu

"Marvel"in ulduzlarından olan Conatan Maykl Majors həbs edilib.

arrow Ətraflı
Novruzda kütləvi şənliklərə görə yoluxanların sayı artacaq? like
  • 27 Mar 12:03  
Digərləri Novruzda kütləvi şənliklərə görə yoluxanların sayı artacaq?

Novruz bayramında müxtəlif şənliklərin keçirilməsi, bölgələrə gediş

arrow Ətraflı
Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası olub like
  • 27 Mar 12:00  
Kriminal Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası olub

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə

arrow Ətraflı
Bakıda kafe sahibinin oğlunu stula bağlayıb like
  • 27 Mar 11:57  
Kriminal Bakıda kafe sahibinin oğlunu stula bağlayıb

Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən ka

arrow Ətraflı
Ermənilər Türkiyə ilə oyundakı bu azarkeşi axtarırlar: like
  • 27 Mar 11:46  
Dünya Ermənilər Türkiyə ilə oyundakı bu azarkeşi axtarırlar:

Martın 24-ü Avropa Çempionatının seçmə mərhələsinin qrup oyunu çərci

arrow Ətraflı
Xalq artistlərinin birgə çıxışı maraqla qarşılandı like
  • 27 Mar 11:35  
Şou-biznes Xalq artistlərinin birgə çıxışı maraqla qarşılandı

Xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova eyni səhnəni bölüş

arrow Ətraflı
SEPAHın məxfi yığıncağı: like
  • 27 Mar 11:24  
Digərləri SEPAHın məxfi yığıncağı:

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri mə

arrow Ətraflı
Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanıldı like
  • 27 Mar 11:17  
Digərləri Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanıldı

Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.

arrow Ətraflı
Rusiya xüsusi təyinatlıları Ermənistan dağlarında like
  • 27 Mar 11:13  
Dünya Rusiya xüsusi təyinatlıları Ermənistan dağlarında

Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağl

arrow Ətraflı
Qəzada faciəvi şəkildə ölən Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI like
  • 27 Mar 11:10  
Şou-biznes Qəzada faciəvi şəkildə ölən Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI

22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Lexus" mark

arrow Ətraflı
Bu dəhliz böyük həcmdə malları daşımaq potensialına malikdir like
  • 27 Mar 10:51  
Digərləri Bu dəhliz böyük həcmdə malları daşımaq potensialına malikdir

Orta Dəhliz Avropa ilə Asiya arasında böyük həcmdə malların daşınması

arrow Ətraflı
"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim" like
  • 27 Mar 10:40  
Şou-biznes "Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim"

"Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Hər gün pəncərəd

arrow Ətraflı