"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim"


Şou-biznes 27 Mar 2023 10:40:00 195 0

"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim"

"Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Hər gün pəncərədən afişaya baxırdım ki, görəsən bu gün hansı film nümayiş olunacaq? Rasim Balayevə, Rus və Hind kinosunun bütün incilərinə məktublar yazırdım. Hətta bir dəfə Rusiya kanalında adımı çəkib, təşəkkür etdilər ki, məktubunu almışıq. Dayım kinoteatrda işləyirdi, bütün afişaları mənə verirdi. Yusif Vəliyevi həyatda görməmişəm, amma ən çox sevdiyim aktyorlardan biri olub. Bir dəfə universitetdə Rasim Balayevlə qarşılaşanda mənə dedi ki, "Firəngiz, məktubunu atmamışam". İllər sonra onunla bir filmdə çəkildim, arzum ürəyimdə qalmadı"

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova yazıb. 

"O vaxt Yaşar universitetdə assistent işləyirdi, mən isə oxuyurdum. Həmişə məni universitetdə görəndə soruşurdu ki, "sən Ofeliya Sənaninin qohumusan?". Bilmirəm, bəlkə də üzümdəki xaldan, gülərüzlü olmağımdan məni Ofeliya xanıma bənzətmişdi. Mən yorulmuşdum Yaşara deməkdən ki, Ofeliya xanımın qohumu deyiləm. İlk dəfə o televiziyada baş rolda çəkiləndə, mən onun ətrafında rəqs edən qızlardan birini oynayırdım. Hətta "Səni axtarıram" televiziya tamaşasında çəkiləndə rejissorumuz Tariyel Vəliyevə demişdi ki, "bu qız çox gəncdir, gülür". Tariyel müəllim də ona demişdi ki, "Firəngizin gülüşü səni qıcıqlandırmalıdır, mənə də elə bu lazımdır". Allah Tariyel müəllimə rəhmət etsin, böyük risk edib məni çəkmişdi. O vaxta kimi çox aparıcılıq etmişdim, amma o qədər də yadda qalmamışdım. "Səni axtarıram" televiziya tamaşası o vaxt bomba kimi partlamışdı" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, riskə getməyi çox sevir. "Ümumiyyətlə mən həyatda da, sənətdə də riskə getməyi çox sevirəm. Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipində çəkilmişdim, risk etmişdim. Hamı fikirləşirdi ki, görəsən necə olacaq? Mənim yerimə həyəcanlanırdılar. Amma çox yaxşı qarşılandı. "Bacanaqlar" serialında çəkildim, 10 il davam etdi. O vaxt serial çəkilmirdi. Hamı tənqid edirdi ki, niyə çəkilirsən? Sonra hamı orada çəkilməyə başladı. Bizim bir yaxın dostumuz zarafatca Yaşar Nuriyə demişdi ki, "get o qızı ordan çıxar, qalıb "Bacanaqlar" serialında çəkilir". Sonra danışır ki, "televizoru açdım ki, görüm səni serialdan çıxarıb? Gördüm ki, özü də çəkilir" (gülür)" deyə sənətkar bildirib.

Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb like
  • 27 Mar 10:29  
Digərləri Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

arrow Ətraflı
PAdan Qarabağ ermənilərinə daha bir təklif: like
  • 27 Mar 10:21  
Siyasət PAdan Qarabağ ermənilərinə daha bir təklif:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ic

arrow Ətraflı
Bakı bulvarında intihar edən şəxs müəllim imiş like
  • 27 Mar 10:18  
Digərləri Bakı bulvarında intihar edən şəxs müəllim imiş

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli

arrow Ətraflı
Daha bir narkotik əməliyyatı: like
  • 27 Mar 09:56  
Kriminal Daha bir narkotik əməliyyatı:

Samuxda sakinlərindən narkotik aşkarlanıb.

arrow Ətraflı
Məşhur aktyor VƏFAT ETDİ like
  • 27 Mar 09:17  
Şou-biznes Məşhur aktyor VƏFAT ETDİ

Türkiyəli aktyor Köksal Engür vəfat edib.

arrow Ətraflı
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!” like
  • 27 Mar 09:11  
Siyasət “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
İran ordusu Ermənistana girə bilər  Güneyli ekspert like
  • 27 Mar 08:59  
Siyasət İran ordusu Ermənistana girə bilər Güneyli ekspert

İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növ

arrow Ətraflı
Avtomobil motosikletlə toqquşub like
  • 27 Mar 08:52  
Digərləri Avtomobil motosikletlə toqquşub

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
ABŞ bu istiqamətə 6 milyard, Çin 1 trilyon cəlb edib like
  • 27 Mar 08:45  
Dünya ABŞ bu istiqamətə 6 milyard, Çin 1 trilyon cəlb edib

Pentaqon hərbi texnologiyaların inkişafında Çinlə rəqabəti üstələmək

arrow Ətraflı
İsrail Prezidenti çağırış edib like
  • 27 Mar 08:42  
Dünya İsrail Prezidenti çağırış edib

İsrail Prezidenti İshaq Hersoq bazar ertəsi baş nazir Binyamin Netanyahuya,

arrow Ətraflı
174 avtobus gecikir like
  • 27 Mar 08:40  
Digərləri 174 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Ekspert: "Vaqner" Ukraynada tükənir... like
  • 27 Mar 08:37  
Dünya Ekspert: "Vaqner" Ukraynada tükənir...

Kritik dərəcədə yüksək itkilər səbəbindən "Vaqner" qrupu pra

arrow Ətraflı
Zelenski məşhur aktyorla görüşüb like
  • 27 Mar 08:29  
Dünya Zelenski məşhur aktyorla görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməraml

arrow Ətraflı
Bakıda 23 yaşlı qadın motosikletçi like
  • 27 Mar 08:24  
Digərləri Bakıda 23 yaşlı qadın motosikletçi

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı