Bakıda kafe sahibinin oğlunu stula bağlayıb
Kriminal 27 Mar 2023 11:57:00 268 0
Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200.000 manat verilməsinin tələb olunduğu və sonradan 20.000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.
Bu xəbəri də oxu: Xaçmazda ata oğlunu bıçaqladı
DİN-dən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Martın 24-ü Avropa Çempionatının seçmə mərhələsinin qrup oyunu çərci
Xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova eyni səhnəni bölüş
2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri mə
Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.
Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağl
22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Lexus" mark
Orta Dəhliz Avropa ilə Asiya arasında böyük həcmdə malların daşınması
"Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Hər gün pəncərəd
Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ic
Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan