Mingəçevirdən Şuşaya getmək istəyənlərə sevindirici XƏBƏR
Digərləri 07 Fev 2025 10:23:00 71 0
Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Bu xəbəri də oxu: Yol polisi bilmədən nazirin maşınını saxladı görün nə dedi
Son.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
"Məqsəd "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.
Mingəçevir - Şuşa - Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir - Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir - Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.
Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir", - məlumatda deyilir.
Şotlandiya ev pişiklərinin saxlanmasını qadağan etməyi düşünür. Bu, y
Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa
Ötən ay Azərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlı
Astroloji müşahidələr və uzun illərin toplanmış təcrübələri göstər
Bu gün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsind�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Fevralın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
ABŞ-nin Pensilvaniya ştatında naməlum şəxslər 100 min toyuq yumurtasını
Xəbər verdiyimiz kimi, aparıcı Leyla Mustafayeva yaşadığı evin həyətin