Ramazan süfrəsinin əsas qidaları
Digərləri 26 Mar 2023 10:36:00 307 0
Bu xəbəri də oxu: Ofislərdəki bu yer unitazdan 400 dəfə daha çox çirkli imiş
Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yeməklərin qəbulu artırılmalıdır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova imsakda qəbul edilməli qidalar barədə deyib: "İmsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur".
Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.
Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: "İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun".
Rusiya Prezidenti Vladimir Putin tez-tez Kremldəki mənzilində gecələdiyini
Aktyor Kolin Farrel 5 il münasibətdə olduğu sevgilisi Kelli Maknamaradan ayr
Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tu
Sevgilisinə xəyanət edən qız telefonunu ondan gizlədərkən ətrafdakılar
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Ermənistan sülhə mane olmaq üçün danışıqlardan çəkilir. Bunu qarşı
Qadın sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən taksi sürü
Yuxu hər bir insan orqanizmi üçün ən vacib rejimdir. Bəzən müşahidə ap
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Kardeşlerim" serialında Oğulcan rolunu canlandıran aktyor Cihan �
"ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı h�