Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO FOTO
Digərləri 26 Mar 2023 03:22:00 341 0
Bu xəbəri də oxu: Ranarın qohumu təyyarədə həlak olub FOTO
Cəlilabad rayonunda yerləşən "Qazan köşkü" tarixi abidə olmaqla yanaşı, rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həmçinin qonşu əraziləri seyr etmək mümkündür.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Qazan köşkü" Cəlilabad şəhərindən 25-27 kilometr aralıda, Musalı kəndinin şimal-şərqində, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir.
Abidənin adındakı "köşk" sözü qala mənasında işlənir. "Qazan köşkü" dairəvi, ellips formasındadır. Ərazisi bir hektardan artıq sahəni əhatə edir. Azərbaycan arxeologiyasında "Qazan köşkü" abidəsi XIV əsrə aid edilir və Hülakü hökmdarı Qazan xanın (1295-1304) quruculuq fəaliyyəti ilə əlaqələndirilir.
Qalanın xan tərəfindən inşa edildiyi ehtimal olunur. Tarixçilərin sözlərinə görə, qala Qazan xanın yay iqamətgahlarından biri olub və buna görə də əhali həmin ərazini Qazan köşkü adlandırıb.
Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, qalanın coğrafi üstünlüyü onun strateji mövqeyi ilə bağlıdır. Qala yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin yerüstü hissəsi, demək olar, tamamilə dağılıb. Amma qalanın tikintisində istifadə olunan qırmızı kərpiclər günümüzə qədər gəlib çıxıb. Səidəli Kazımbəyoğlu öz kitabında Elxani hökmdarı Qazan xanın burada yurd salması haqqında ətraflı qeydlər edib. Burada arxeoloji qazıntılar aparılarsa, Azərbaycan tarixi üçün böyük bir mənbə üzə çıxar.
Qalanın üst tərəfi kirəc məhlulundan istifadə olunmaqla, qırmızı kərpicdən tikilib. Kərpiclərin ölçüləri 21x21x5 santimetr, 21,5x21,5x5 santimetr olsa da, çəkiləri arasında fərqlərin olması diqqəti çəkir.
"Qazan köşkü" ərazisində gildən hazırlanmış məişət qabları - dörd ədəd gil qoç fiqurları, quş rəsmli saxsı cam (piyalə), bəzək əşyaları tapılıb. Tədqiqatçı-tarixçi Elşad Əmənov tərəfindən tapılan bu maddi mədəniyyət nümunələri Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə verilib.
Azərbaycan arxeologiyasında "Qazan köşkü" XIV əsr abidəsi kimi ehtimal olunsa da, qala və qala ətrafında tapılan mədəniyyət nümunələrinə əsaslanan yerli tədqiqatçılar onun XIV əsrdə deyil, ondan 600-800 il əvvəl tikildiyini təxmin edirlər.
"Qazan köşkü" XIV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb.
Yuxu hər bir insan orqanizmi üçün ən vacib rejimdir. Bəzən müşahidə ap
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Kardeşlerim" serialında Oğulcan rolunu canlandıran aktyor Cihan �
"ABŞ Dövlət Departamenti İsraildə məhkəmə islahatlarına qarşı h�
Seda Sayan özündən 25 yaş kiçik həyat yoldaşı Çağlar Öktenlə ayrılm
Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü partlayış baş verib
Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənə
Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş t
Bir müddət əvvəl müğənni Səidə Sultan verilişlərin birində söylədi
Elmi tədqiqatlar göstərir ki, oruc bədən üzvlərinin dincəlməsinə və o
"Əslində çox gözəl fikir bildirdim. Dedim ki, Şəbnəmin canlı ifas�
Avropa Komissiyası (AK) Rusiya Federasiyası Mərkəzi Bankına məxsus Qərbin
Qərbin Ukraynaya verdiyi silahlar təhlükə yaradır.