Türkiyə İraqın PKKnı terror təşkilatı kimi tanımasını gözləyir Ərdoğan
Dünya 21 Mar 2023 23:36:00 370 0
Ankara və Bağdad terrorizmin bütün formaları ilə mübarizəyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Bu xəbəri də oxu: Meksikada təyyarə qəzasında azı 7 nəfər ölüb
Son.az Trend-ə istinadən bildirir ki, bunu çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani ilə danışıqların yekunları üzrə mətuat konfransında deyib.
"Aydındır ki, PKK, İŞİD, FETÖ kimi terror təşkilatları hər iki ölkə üçün təhlükə yaradır. Görüşümüz zamanı biz ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etdik. Biz terrorizmin bütün formalarına qarşı mübarizədə qətiyyətimizi bir daha təsdiqlədik", - deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan qeyd edib ki, danışıqlarda Türkiyənin terror təşkilatlarının fəaliyyətinə qarşı mübarizə səyləri müzakirə edilib.
Onun sözlərinə görə, Türkiyə İraqdan PKK-nı terror təşkilatı kimi tanımasını və ölkəni qanlı qruplaşmanın yaraqlılarından təmizləməsini gözləyir.
"İraqlı qardaşlarımızdan PKK-nı terror qruplaşması elan etmələrini və torpaqlarını bu qanlı terror təşkilatından təmizləmələrini gözləyirik", - deyə Türkiyə Prezidenti bildirib.
R.T.Ərdoğan Türkiyə ilə İraq arasında su ehtiyatlarından istifadə ilə bağlı müzakirələrə də toxunub. Dövlət başçısı qeyd edib ki, Ankara bu məsələyə "münaqişə kimi deyil, ümumi maraqlarımıza xidmət edə biləcək əməkdaşlıq sahəsi kimi" baxır.
"Türkiyə İraqdakı su qıtlığını azaltmaq üçün 1 ay ərzində Dəclə çayına buraxılan suyun miqdarını mümkün qədər artıracaq", - deyə Türkiyə Prezidenti əlavə edib.
İraqın baş naziri sözügedən qərara görə Türkiyə Prezidentinə təşəkkür edib.
Onun sözlərinə görə, Bağdad Türkiyə ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışır.
Baş nazir vurğulayıb ki, İraq heç bir terror qruplaşmasının öz ərazisindən Türkiyəyə qarşı hücumlar həyata keçirməsinə icazə verməyəcək.
Hökumət başçısı hər iki ölkəyə təsir edən təhlükəsizlik məsələlərini kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirməklə həll etməyi təklif edib.
ABŞ Ukraynaya Patriot raketdən müdafiə sistemlərinin təhvil verilməsini s
Mütəxəssislər bəzi əşyaların mütləq hamamda saxlanılmasını tövsiy�
Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynadakı münaqişənin necə bitəcə
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal kövrək
Bir neçə saat öncə Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxm
Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.
Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Abakar