Az işləyib, çox qazanmaq olar? Dörd QIZIL MƏSLƏHƏTƏ əməl etsəniz...
Digərləri 21 Mar 2023 22:31:00 353 0
Bu xəbəri də oxu: Əli Əsədov vacib qərar imzaladı
Həyatdan daha çox zövq almaq istəyirsinizsə, özünüzə istirahət etməyə icazə verməkdən başlaya bilərsiniz. Çoxları elə düşünür ki, böyük pullar qazanmağın yeganə yolu gecə-gündüz yorulmadan işləməkdən keçir. Bununla belə, görürük ki, əzmlə çalışan və həqiqətən də öz işini yaxşı görən işçilər digərlərindən qat-qat az maaş alır. Və tez-tez bizdən daha asan pul qazanan insanları qınayırıq. Bəs biyə belə olur?
Əslində, bir çoxumuz daha az işləyib, daha çox qazanc əldə bilərik. Bunun üçün sadəcə olaraq bacarıqlarınızı yenidən nəzərdən keçirib maraqlarınızı saf-çürük etməlisiniz. Şəxsi resursların "inventarını" (Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu) aparın və gizli potensialınızı aşkar edin. Bu, işgüzarlığa qapılmadan pul qazanmağa necə başlayacağınızı anlamağa kömək edəcək.
İşgüzar insanlar bəzi hallarda həqiqətən daha çox qazana bilərlər, bu pul heç bir sevinc gətirmir. Tamamilə tükəndikləri üçün pulu düzgün xərcləyə bilmirlər. İnsanlar iş strategiyasında hansı səhvlərə yol verirlər?
Son.az xəbər verir ki, biznes təlimçisi, şəxsi strategiya üzrə biznes sahiblərinin və CEO-ların mentoru Stanislav Kuza oxucuları işgüzarların buraxdığı 4 səhvlə tanış edib.
1. Həddən artıq iş götürməyin
Mən daha az işləməyin demirəm, amma həqiqətən istirahət və iş arasında balans tapmağa çalışmaq vacibdir. Dəfələrlə etdiyiniz səhvlərə diqqət yetirin. "Çox iş = çox pul" təfəkkürü ilə hərəkət edən insanlar yeni öhdəlikləri, yeni vəzifələri və ya yeni müştəriləri rahatlıqla qəbul edirlər. Bütün bunlar, əlbəttə ki, pul gətirə bilər, lakin sizi hobbi, ailə və dostlarızdan tamam ayrı salacaq. Bir sözlə, işdən başqa heç nəyə vaxtınızı olmayacaq.
"Yox" deməkdən, tapşırıqları başqasına həvalə etməkdən və ya işləri təxirə salmaqdan qorxmayın. Beləliklə, iş həzz gətirəcək və əzaba çevrilməyəcək. Faiz dərəcəsini artırmaq, daha çox ödəyə bilən müştərilərlə işləmək başqa bir seçimdir. Bu şəkildə işin həcmi eyni qalacaq, lakin qazanc artacaq.
2. Fasizləsiz iş rejimindən uzaq olun
Bütün günü işə həsr edir və yemək yeməyi belə unudursunuz? Təbii ki, hər kəsin məşğul günləri olur, amma hər iş günü belə keçirsə... Bu, sürəti azaltmaq və yükü yenidən bölüşdürmək barədə düşünməyə dəyər. Fasilə verin.
3. Tükənmişliyin sizə təsir etməyəcəyini düşünürsünüz?
Tükənmişlik işgüzarlığın ən çox görülən ağırlaşmasıdır. Demək olar ki, bütün "işkoliklər" bununla üzləşirlər. İnsanlar artıq işdən bezdiklərini dərk etsələr də, hər hansı istirahəti qadağan edir və sözün əsl mənasında özlərini işləməyə məcbur edirlər. Halbuki, onu heç kim tələsdirmir. Adam özü-özünü qovur. Tükənmişlik o həddə çatır ki, işə və həyata marağımızı itiririk. Əvvəllər bizi valeh edən tapşırıqlar maraqsız olmağa başlayır. Əyləncəli fəaliyyətlər isə bezdirici görünür... Tükənmişliyə heç vaxt laqeyd qalmaq olmaz! Özünüzə fasilələri, istirahəti və tətili icazə verməlisiniz. "Heç nə etmədiyiniz" üçün özünüzü didib günahlandırmayın. Belə məqamlar da zəruri və çox vacibdir.
4. Pulu hara və necə xərcləmək lazım olduğunu bilmirsiniz?
Belə hallar da olur ki, insan dincəlir, "çox pul qazanmağa" çalışır, amma bu məbləğləri nəyə xərcləyəcəyi barədə heç bir fikri yoxdur. Çox vaxt insanlar böyük pul axınlarını idarə etməyə hazır olmurlar. Onlar sırf nəzəri cəhətdən "böyük pul" istəyirlər. Odur ki, hansı məbləğlərə ehtiyacınız olduğuna da qərar verməlisiniz.
Bu cür yanaşma və məqsədyönlülük pul qazanmağı daha az ağrılı bir prosesə çevirəcək. Qazancın sadəcə bir vasitə olduğunu başa düşəcək və diqqətinizi hədəflərə yönəldəcəksiniz.
Harmoniyanı necə tapmaq olar? Məhsuldar işləməyi və həyatı doya-doya yaşamağı necə yaşamaq olar?
Hər birimiz üçün sağalmağı öyrənmək vacibdir. Bu bilgilərə yiyələnsək, həm həyatımız məhsuldar olacaq, həm də işdən istirahətə keçmək daha asan olacaq. Bu o deməkdir ki, işdəki gərgin gündən sonra halsız vəziyyətdə yuxuya getməyəcəyik, həftə sonlarını isə ailə və yaxınlarımızın ətrafında keçirib özümüzə maraqlı məşğuliyyətlər tapacağıq. Bu günlər artıq çoxdan gözlənilən möhlət kimi qəbul edilməyəcək.
Bunlara diqqət edin: yuxu və istirahət, pəhriz, sosial mühit və qəbul etdiyiniz məlumat. Bəziləri üçün ən azı bir gün xəbərlərdən ayrılmaq vacibdir, kiməsə idman kömək edir, digərləri isə dostlarla görüşlərdən və ya meşədə gəzintilərdən "qidalanır". Öz "batereyanızı" tapın və ondan istifadə etməyi unutmayın. Düzgün və vaxtında dincəlsəniz, iş prosesiniz daha məhsuldar olacaq. Mümkündür ki, iş problemi öz-özünə həll olunsun, ya da ən azı o qədər də kəskin olmayacaq. Mənasız qadağalardan və məhdudiyyətlərdən imtina edib daxili harmoniyanızı tapmağa çalışın. Dəqiq məqsədlər qoyun. Belə şəraitdə pul qazanmağın sonsuz yarış formatından təbii həyat tərzinə çevrilmə ehtimalı daha yüksəkdir. (publika)
Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.
Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Abakar
Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.
Məşhur şəxslərin reklam və təşkilatçılıq işləri ilə məşğul olan
Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi
"Brent" markalı neftin qiyməti 75 dollara yaxınlaşıb.
"Qərb Rusiya ilə son ukraynalıya qədər sözdə deyil, əməldə vuruş