Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır?
Digərləri 21 Mar 2023 20:53:00 335 0
Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb. Səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur.
Bu xəbəri də oxu: İnsultun yaxınlaşmasının xəbərçisi olan əlamət
Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib.
Sürücü deyir ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona heç bir qayda pozmadığı halda ''saxla'' işarəsi verib.
Sürücü iddia edir ki, yol polisi onu əsassız yerə saxlayıb vaxtını almaqla yanaşı, ona cərimə də ödətdirib. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.
Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, avtomobilin tipi, rəngi və mühərriki dəyişdirilərkən təkrar qeyiyyatı olmalıdır. Əgər bunlar olmasa da yol polisi avtomobilin texniki-pasportunda daşıdığı yükün adının olmamasına görə ona cərimə yazmaq kimi bir səlahiyyəti yoxdur.
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, bu məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə ilə bağlı sürücüyə məlumat veriləcək.
"Brent" markalı neftin qiyməti 75 dollara yaxınlaşıb.
"Qərb Rusiya ilə son ukraynalıya qədər sözdə deyil, əməldə vuruş
Polşada camaat sərxoş olduğunu gördükləri keşişi dəfn mərasimindən q
ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəzi
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında
Ermənistan vəziyyətin dəyərləndirilməsi üçün öz səmasını İran PUA
Dünyaca məşhur müğənni Billi Ayliş aktrisalığa ilk addımını atıb.