Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi
Digərləri 21 Mar 2023 22:08:00 351 0
Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Abakar Hacıyevin ailəsinə Bakı şəhərində dördotaqlı mənzil verilib.
Bu xəbəri də oxu: Yeni sədr kollektivə təqdim olundu
Son.az bildirir ki, bu barədə bizim.media-ya şəhidin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əməkdaşı ona Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzilin açarını təqdim edib.
Arzu Hacıyera bildirib ki, Bakıda evi olmaq Abakarın arzusu idi:
"Həmişə Bakıya iclasa gedəndə gecə yarısı olsa da, rayona qayıdardı, qohum evində gecələməyi sevməzdi".
Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Şəhidin anası, Zaqatalanın Dardoqqaz kəndində yaşayan Pirdas Hacıyeva oğlunun ailəsinin mənzil məsələsini həll edən dövlət qurumlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyev 24 il qüsursuz xidmət edib. O, Vətən müharibəsində Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhid olub.
Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.
Məşhur şəxslərin reklam və təşkilatçılıq işləri ilə məşğul olan
Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi
"Brent" markalı neftin qiyməti 75 dollara yaxınlaşıb.
"Qərb Rusiya ilə son ukraynalıya qədər sözdə deyil, əməldə vuruş
Polşada camaat sərxoş olduğunu gördükləri keşişi dəfn mərasimindən q
ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəzi