Dünyanın ən xoşbəxt ölkəsində uşaqlar necə böyüdülür? Təhsil sisteminin inanılmaz qaydaları
Digərləri 21 Mar 2023 22:46:00 308 0
Bu xəbəri də oxu: "Yeni il"i restoranda qarşılamaq neçiyə başa gəlir ?
Finlandiya dünyada insanların yaşadığı ən xoşbəxt ölkələrdən biridir, eyni zamanda təhsil səviyyəsi qat-qat yüksəkdir. Sözsüz ki, xoşbəxt yaşam təhsil sisteminin nəticəsidir. Bəs finlərin təhsilinin sirri nədir?
Son.az oxucuları Finlandiyanın təhsil sisteminin əsas qayda-qanunları ilə tanış edir.
Ənənələr qorunur!
Finlər uşaqları ailə mühitində böyütməyə çox diqqət yetirirlər. Finlandiyada əhali inanır ki, milli ənənələrin qorunması güclü və isti münasibətlərin açarıdır. Həftədə bir dəfə mütləq ailə ilə şam yeməyini edirlər. Peşə də nəsildən-nəslə ötürülür - uşaqlar çox vaxt valideynlərinin yolu ilə gedirlər.
Digər bir fin ənənəsi azərbaycanlılar üçün qeyri-adi görünə bilər: uşağın atası da atalıq məzuniyyəti ala bilir. Ancaq o halda ki, ana karyerasını davam etdirmək və ailəni təmin etmək məcburriyyətindədir.
Uşağa qışqırmağa icazə verilmir
Bu ölkədə valideynlər üçün yüksək standartlar var. Finlər üçün uşağa şillə vurmaq və ya qışqırmaq tabudur. Birincisi, bu, qeyri-pedaqoji və təsirsizdir, ikincisi, bu cür cəzalar qanunla qadağandır.
Əgər Finlandiyanın sosial xidmətləri valideynlərin uşağa qarşı sərt davrandığını aşkar edərsə, o zaman ailəyə dərhal xəbərdarlıq olunur. Qayda pozuntusu təkrarlanarsa, xidmətlər uşağı müvəqqəti olaraq başqa bir ailənin himayəsinə verə bilər.
Uşağın fikrinə hörmət edilir
Uşağınız səhər yeməyində sıyıq yeməkdən imtina edərsə, nə edərsiniz? Ya şıltaqdırsa və yuxu saatlarında cizgi filmlərinə baxmaq istəyirsə? Finlandiyalı valideynlər əksər hallarda uşağın fikrini dinləyirlər. Sıyıq əvəzinə pendir və ya pankeyk ilə omlet təklif edəcəklər və yuxu saatlarından kəsib uşaqla birlikdə cizgi filminə baxacaqlar. Finlandiyada uşaqlara kiçik yaşlarından öz fikirlərini ifadə etməyə təşviq edilir və onları müdafiə etməyi öyrədirlər.
İlham mənbəyi məktəbdə və elm sayəsində əldə olunur
248_large
Bir neçə saat öncə Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxm
Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.
Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Abakar
Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb.
Məşhur şəxslərin reklam və təşkilatçılıq işləri ilə məşğul olan
Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi