Elektrik enerjisinə qənaət etməyin yolları Ekspert
Digərləri 02 Mar 2025 08:39:00 82 0
"Kommunal xidmət tarifləri hər il artır, buna görə də, mənzil-kommunal təsərrüfatı (MKT) ödənişlərini azaltmağın yolları həmişə aktual olaraq qalır. Elektrik enerjisinə qənaət etmək mümkündür. Əlbəttə əvvəlki istehlak səviyyəsi ilə ödəmələrin yarıbayarı azalacağını gözləmək olmaz, bununla belə, aylıq ödəniş məbləğini bir qədər azaltmaq realdır və ilin sonunda bu məbləğ büdcəyə əhəmiyyətli dərəcədə təsir edə bilər".
Bu xəbəri də oxu: Bu balıq ömrü uzadır Həkimlərdən AÇIQLAMA
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hüquqşünas, mənzil-kommunal təsərrüfatı məsələləri üzrə ekspert Andrey Fradkin məlumat verib.
Onun tövsiyə etdiyi qənaət yollarını təqdim edirik:
Enerjiyə qənaət edən məişət texnikası seçin
"Ən çox enerji sərf edən məişət texnikasına soyuducular, paltaryuyan və qabyuyan maşınlar daxildir. Əgər onları dəyişməyi planlaşdırırsınızsa, enerji sərfiyyatına dair işarələməyə diqqət yetirin - "A+++" və ya "A++" enerji sinfinə malik modelləri seçin. "C" sinfinə aid cihazlarla müqayisədə bu cihazların enerji sərfiyyatı 30-40% daha azdır", - deyə ekspert izah edib.
Məişət texnikasından rasional istifadə
"Paltaryuyan maşını tam doldurmaq daha sərfəlidir, çünki onu yarımboş vəziyyətdə bir neçə dəfə işlətmək daha çox enerji sərf edir. Əgər qaz sobanız varsa, çaydanı elektrikdən istifadə etmək əvəzinə, qazda qaynadın", - deyə ekspert bildirib.
İşıqlandırmaya diqqət yetirin
"Başqa bir qənaət üsulu köhnə lampaları LED lampalarla əvəz etməkdir. LED lampalar daha az enerji sərf edir və 2-3 il zəmanət müddətinə malikdir", - deyə o vurğulayıb.
Mətbuat getdikdən sonra tərəflər ayrı-ayrı otaqlara çəkildilər. Mən,

Müğənni Rəvan Qarayev yenidən ailə qurmağa hazırlaşır.

Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində Ukrayna Prezi

"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyi

Psixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danış

"Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazım

Psixoloqlar, münasibətlərdə kişilər tərəfindən deyilən və qadınları

Türkiyənin ən varlı daşınmaz əmlak sahibi olan məşhurların adları aç

Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəlikl�

28 yaşlı Murat Ustutar uzun illər sədəf xəstəliyindən əziyyət çəkib.

"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, el

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif

Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi
