Bağırsaq xərçənginin gözlənilməz simptomları açıqlanıb
Digərləri 02 Mar 2025 05:05:00 113 0
Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəliklərdən biridir. Müasir müalicə üsullarının inkişafına baxmayaraq, xəstəlik gec aşkar edildikdə 5 illik sağ qalma ehtimalı 40%-dən aşağı olur.
Bu xəbəri də oxu: Taksilərdə ödənişə dair tələblər sərtləşdirilib
Son.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı onkoloq, tibb elmləri namizədi Dmitri Belkov bu xəstəliyin hansı gözlənilməz simptomlarla özünü göstərə biləcəyini izah edib.
Onun sözlərinə görə, yaş artdıqca kolorektal xərçəngin yaranma riski artır.
"Üstəlik, kişilər bu xəstəliyə qadınlardan daha çox meyillidirlər. Genetik faktorlar şişin yaranma riskini 3-5 dəfə artırır. Bundan başqa, xəstəliyin təxminən 50%-i həyat tərzi və kanserogen maddələrlə uzunmüddətli təmasla əlaqəlidir. Bağırsaq xərçəngi çox vaxt poliplərdən inkişaf edir, lakin onların hamısı bədxassəli şişə çevrilmir", - deyə o bildirib.
Həkimin sözlərinə görə, bu xəstəlik yavaş inkişaf etdiyi üçün uzun müddət simptomlar üzə çıxnaya bilər. "Xəstəliyin ilkin əlamətləri illər sonra ortaya çıxır və onların intensivliyi şişin yerləşdiyi nahiyədən asılıdır. Bağırsağın sağ tərəfində yerləşən şişlər aşağıdakı simptomlarla müşayiət oluna bilər: xroniki yorğunluq və halsızlıq, anemiya (qan azlığı), çəki itkisi, periodik qızdırma (bədən temperaturunun artması). Bağırsağın sol tərəfində yerləşən şişlər isə fərqli əlamətlərlə özünü göstərir: qəbizlik və ya ishal, qarnın ağrısı və köp (meteorizm), bağırsaq keçilməzliyi, nəcisdə qan və irin qarışıqları, defekasiya zamanı kəskin ağrılar", - deyə həkim izah edib.
Onkoloq Belkov bağırsaq xərçəngindən qorunmağın ən effektiv yolunun müntəzəm kolonoskopiya olduğunu vurğulayıb.
"Kolonoskopiya zamanı polipləri dərhal çıxarmaq mümkündür. Bu, gələcəkdə xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə o bildirib.(oxu.az)
28 yaşlı Murat Ustutar uzun illər sədəf xəstəliyindən əziyyət çəkib.

"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, el

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif

Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"i

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktə

Botoks etdirənlər, botulizmə yoluxub, canlarından ola bilərlər.

Aparıcı Esra Erolun verilişndəki şəxs sosial şəbəkələrdə gündəm ol

Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 3-cü tağımının əməkdaşla

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarını ş

Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya d�

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kolumbiya Konqresini
