Kimlər oruc tuta bilməz?


Digərləri 02 Mar 2025 02:02:00 149 0

Kimlər oruc tuta bilməz?

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif qocalar oruc tutmamaqda güzəştlidirlər.

Son.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev bildirib.

O bildirib ki, hamilə qadınlar sonrakı vaxtlarda qəza tutmalıdırlar.

"Sağlam insanlara isə oruc tutmaq mütləqdir, amma 10 gün və ya 10 gündən az müddətdə səfərə gedəcək insanlar da həmin günlərdə oruc tutmamalıdır. Onlar Ramazan ayından sonrakı vaxtlarda qəza oruclarını tuta bilərlər. 10 gündən çox başqa bir yerdə səfərdə olanlar isə oruc tutmağa mükəlləfdirlər", - deyə o vurğulayıb.

Fuad Nurullayevin sözlərinə görə, Rəcəb və Şaban ayları Ramazana hazırlıq kimi qiymətləndirilir.

"Bir çox möminlər oruca həmin aylardan başlayırlar. Şaban ayından Ramazan ayına oruclu olaraq keçən şəxsə böyük savab yazılır. Şaban ayının sonuncu günü oruc tutub Ramazan ayına oruclu daxil olan insana Allah 1 ayın savab yazır".

İlahiyyatçı alim hesab edir ki, müsəlman dünyası Ramazan ayından layiqincə bəhrələnməlidir, çünki bu ay dua, zikr ayıdır.

"Müqəddəs Quran buyurur ki, bu ayın fəziləti bütün aylardan yüksəkdir, ona görə də Ramazana ayların sultanı deyirlər. Bu ayda insan bacardığı qədər dua etməli, Allahdan günahlarının bağışlanmasını diləməli, ümumiyyətlə, bu ayın mənəvi dəyərlərindən layiqincə istifadə etməlidir. İmkan varsa, iftar süfrəsi açılmalı, kasıblara kömək edilməlidir. İftarda imkansız insanları toplamaq və iftar niyyəti ilə onlara yardımlar etmək savab işlərdəndir.

Peyğəmbərimiz buyurur: yazıq insan odur ki, Ramazan ayına daxil ola və onun sonuna çata, amma özünü bağışlatmadan ondan ayrıla. Ona görə də insanın nə xətası varsa, bağışlanmağını diləməli və ayın sonuna qədər paklanmalıdır".

İlahiyyatçı həmçinin əlavə edib ki, Ramazanda insan təkcə yemək və içməklə deyil, eyni zamanda dili, gözü, qulağı ilə də oruc olmalıdır:

"Nə qeybət etməli, nə də qeybətə qulaq asmalıdır. Günahdan uzaq durmalı, özünü mənən və ruhən saflaşdırmalıdır".

Dünyanın ən çox pul qazanan MÜĞƏNNİLƏRİ like
  • 02 Mar 01:01  
Şou-biznes Dünyanın ən çox pul qazanan MÜĞƏNNİLƏRİ

Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi

arrow Ətraflı
Məşhur şirkətin CEOsu saxlanıldı like
  • 02 Mar 00:35  
Digərləri Məşhur şirkətin CEOsu saxlanıldı

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"i

arrow Ətraflı
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək like
  • 02 Mar 00:33  
Digərləri Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktə

arrow Ətraflı
Botoksdan zəhərlənmə necə baş verir? like
  • 02 Mar 00:32  
Digərləri Botoksdan zəhərlənmə necə baş verir?

Botoks etdirənlər, botulizmə  yoluxub, canlarından ola bilərlər.

arrow Ətraflı
"Sevdiyim adam var"  Renka like
  • 02 Mar 00:21  
Şou-biznes "Sevdiyim adam var" Renka

Rəqqasə Rəna Ağamuradova (Renka) "Elgizlə izlə" verilişində qo

arrow Ətraflı
Dilənərək ayda 300 min qazanır like
  • 02 Mar 00:10  
Digərləri Dilənərək ayda 300 min qazanır

Aparıcı Esra Erolun verilişndəki şəxs sosial şəbəkələrdə gündəm ol

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 02 Mar 00:08  
Digərləri DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 3-cü tağımının əməkdaşla

arrow Ətraflı
Günün qoroskopu: Pul məsələlərində tələskənlik etməyin, səbrli olun. like
  • 02 Mar 00:01  
Digərləri Günün qoroskopu: Pul məsələlərində tələskənlik etməyin, səbrli olun.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ərdoğanın ilk iftarı like
  • 01 Mar 23:45  
Digərləri Ərdoğanın ilk iftarı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarını ş

arrow Ətraflı
Aparıcı "QAZ24"lə Bakıdan Məkkəyə getdi like
  • 01 Mar 23:37  
Şou-biznes Aparıcı "QAZ24"lə Bakıdan Məkkəyə getdi

Aparıcı Fərid Rəsul Məkkəyə yollanıb.

arrow Ətraflı
Lənkəranda yük avtomobili çaya aşdı  FOTO like
  • 01 Mar 23:35  
Digərləri Lənkəranda yük avtomobili çaya aşdı FOTO

Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya d�

arrow Ətraflı
“Xocalı harayı” rəsm sərgisi Kolumbiya Senatında  FOTO like
  • 01 Mar 23:33  
Kriminal “Xocalı harayı” rəsm sərgisi Kolumbiya Senatında FOTO

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kolumbiya Konqresini

arrow Ətraflı
Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir" like
  • 01 Mar 23:28  
Dünya Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna Prezidenti Volodimir

arrow Ətraflı
55 yaşlı rejissor vəfat etdi like
  • 01 Mar 23:20  
Şou-biznes 55 yaşlı rejissor vəfat etdi

Türkiyəli rejissor Erhan Baytimur vəfat edib.

arrow Ətraflı
Zelenski niyə kostyum geyinmir? like
  • 01 Mar 23:16  
Dünya Zelenski niyə kostyum geyinmir?

Volodimir Zelenski Ukraynanın prezidenti olduğu ilk gündən çətinliklərlə

arrow Ətraflı