"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."
Şou-biznes 02 Mar 2025 07:40:00 110 0
"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat altdan şərh yazırlar ki, "A, bu da soyundu". Biz də el şənliklərinə, tədbirlərə, ad günlərinə, yubileylərə, toylara gedirik. Hamınız elə oxuyanları çağırırsınız. Düşüb onlarla qarşılıqlı rəqs edirsiniz. Vay o gündən bir az qısa geyinək, o saat başlayırlar ki, bu da açılıb-töküldü. Siz axı onlara dəyər verir, pul ödəyirsiniz. Nə olar, bunu etməyin. Bizi aldatmaq istəyirsiniz, amma fakt göz qabağındadır. Siz elələrini toylarınızda görmək istəyirsiniz".
Bu xəbəri də oxu: "Balaəli də bizik, Alim Qasımov da bizik" VİDEO
Son.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində deyib. O, sosial şəbəkələrdə tənqid olunan, bayağı mahnılar ifa edən müğənnilərə realda daha çox tələbat olmasından şikayətlənib:
"Elə ki, istəyirsən məclisdə bir balaca muğam oxuyasan deyirlər ki, keçin də mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan. Bir şəxsiyyət kimi daxilində buna necə yol verirsən? Şəhərdə gəzirsən, bayağı mahnıya maşında elə xod verirlər ki, buferlər belə səsdən tərpənir. Adam elə mahnıdan utanır. Pəncərəni bağlayırsan ki, heç olmasa, bunu eşitməyəsən. Siz buna qulaq asırsınız. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin".
G.Əliyeva bəzi müğənniləri də tənqid edib:
"Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq da geyinə bilər. Ay müğənnilər, sənətinizlə var olun. Aparıcıdan tələb edirlər ki, mənə sənətkar de. Sən sənətçi deyilsən. Onlar təsadüfi kəmiyyətdirlər. Bir özünüzə baxın və deyin ki, mən kiməm? Oturuşunuzu-duruşunuzu, kiminlə danışdığınızı bilin. Olmaz belə. Geyim də bunlardan biri". (Axşam.az) Son.az
Psixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danış

"Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazım

Psixoloqlar, münasibətlərdə kişilər tərəfindən deyilən və qadınları

Türkiyənin ən varlı daşınmaz əmlak sahibi olan məşhurların adları aç

Kolorektal xərçəng ən geniş yayılan və təhlükəli onkoloji xəstəlikl�

28 yaşlı Murat Ustutar uzun illər sədəf xəstəliyindən əziyyət çəkib.

"Kiçik yaşlarımdan şəhərdə böyümüşəm. Necə geyinmişəmsə, el

Həkimlərin ac qalmağa icazə vermədiyi xəstələr, hamilə qadınlar, zəif

Musiqi sənayesi təkcə sənət yox, həm də böyük gəlirlərin dövr etdiyi

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"i

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktə

Botoks etdirənlər, botulizmə yoluxub, canlarından ola bilərlər.
