Azərbaycanda müğənni canlı yayımda qızlarla danışdı, arvadı isə...
Kriminal 21 Mar 2023 15:00:00 307 0
Şəmkir rayonunda 1992-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Samirəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Səlim arvadı Samirənin tanımadığı başqa bir şəxslə ona xəyanət etməsindən şübhələnib. O, 3 iyul 2022-ci ildə saat 14 radələrində qayınanası Tahirəyə məxsus fərdi yaşayış evində arvadı ilə mübahisə edib.
Səlim Samirəni barışaraq uşaqları ilə birlikdə evə qaytarmaq istəsə də, qadın onunla razılaşmayıb.
Buna görə o, hiddətlənərək arvadını öldürmək qərarına gəlib. Cib bıçağı ilə qayınanası və azyaşlı uşağının gözləri qarşısında Samirənin sinə nahiyəsinə zərbə endirib.
Daha sonra qaçaraq yataq otağına daxil olan Samirənin arxasınca gedib və ona daha 7 zərbə vurub. Qadına xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
"Xəyanət etdiyini anladım"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, onlar 2013-cü ildə rəsmi olaraq ailə qurublar və bu evlilikdən hazırda 3 azyaşlıl övladları var: "2019-cu il oktyabrın 19-da arvadım Samirənin istifadəsində əvvəllər görmədiyim telefon gördüm. Telefonun kimin olduğunu soruşdum. Samirə heç bir cavab vermədi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirənin həmin telefonla kiminləsə danışığını da görüb: "Belədə Samirənin mənə xəyanət etdiyini anladım. Buna görə onunla mübahisə etdim və dalaşdıq. Bir müddət küsülü qaldıq. Samirənin atası Nəcəf və anası Tahirə məsələdən xəbər tutduqda məndən boşanmamağı xahiş etdilər. Mən də övladlarıma görə Samirəni bağışladım və telefonunu sındırdım. Ona yeni mobil telefon aldım.
Münasibətlərimiz ilk vaxtlar normal olsa da, sonradan yenə Samirədən şübhələnməyə başladım. Çünki o mənimlə çox soyuq münasibət saxlayırdı".
"Özümə xəsarət yetirdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2 iyul 2022-ci ildə saat 9 radələrində yaşadıqları evdə Samirənin mobil telefonu ilə vatsapda kiminləsə yazışdığını görüb:
"Şübhələndiyimə görə qəfildən telefonu əlindən aldım. Telefona baxanda Samirənin tanımadığım, dəqiq xatırlamadığım nömrə ilə sevgi məzmunlu yazışdığını gördüm. Samirə telefonu əlimdən almaq istədi. Amma vermədim və mesajları oxumağa davam etdim.
Mesajları oxuduqda Samirənin həmin şəxslə sevgi münasibətində olduğunu başa düşdüm. Həmin nömrəyə mesaj yazaraq ailəmi dağıtdığını dedim. Cavabda o şəxs yazaraq psixoloq olduğunu bildirdi. Hiddətlənərək evdə saxladığım cib bıçağını götürdüm və sol qolumu üzdən bir neçə dəfə kəsərək özümə xəsarət yetirdim".
"Məndən şikayət etdi"
Səlimin ifadəsinə görə, Samirə uşaqları da götürüb və evdən qonşu Ləmanın evinə gedib:
"Samirənin arxası ilə getdim və geri qayıtması üçün danışmaq istədim. Lakin o gəlmədi. Bundan başqa, Ləman məndən polisə şikayət etdi. Polis əməkdaşları məni Şəmkir rayon polis şöbəsinə apardılar. İzahat verib polis şöbəsindən çıxdım.
Evə gələndə Samirənin uşaqları və həmin telefonu da götürərək anasının yaşadığı evə getdiyini bildim".
"Qayınanama arvadımın xəyanət etdiyini dedim"
Səlim qeyd edib ki, iyulun 3-də saat 13 radələrində Samirənin anası evinə gedib:
"Məqsədim Samirə ilə barışmaq və uşaqlarımla birlikdə yaşadığımız evə geri gətirmək olub. Avtomobildə olanqatlanan bıçağı da özümlə götürdüm və şalvarımın bel hissəsində gizlətdim. Məqsədim Samirəni qorxutmaq idi. Qayınanam da həmin vaxt evdəydi. İçəri girib qayınanamla söhbət etdim. Ona arvadımın mənə xəyanət etdiyini dedim. Tahirə mənə boşanmağımı bildirdi.
Mən isə ailəmi dağıtmaq fikrimin olmadığı üçün Samirəni bağışlamaq istədiyimi bildirdim. Belə olan halda Tahirə mənə "sən get, mən onunla söhbət edib başa salacam, səninlə barışsın"- dedi. Mən də razılaşdım".
"Tövbə etməyi təklif elədim"
Səlim deyib ki, daha sonra Tahirədən saxlaması üçün verdiyi 1060 manat pulu geri istəyib: "Tahirə pulu mənə qaytardı. Evə girərək Samirəyə səhvini etiraf etməyi, birlikdə tövbə etməyi təklif elədim. Samirə mənimlə yaşamaq istəmədiyini, uşaqların da özünün olduğunu dedi. Valideynlərimin ünvanına nalayiq ifadə işlətdi, getməyimi tələb elədi.
Əsəbimdən bıçağı çıxardım və Samirənin qarın nahiyəsinə vurdum. Həmin vaxtı biz evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan otaqda idik. Samirə yerdən durdu, ikinci mərtəbəyə çıxdı və otağa girmək istədi. Onun arxası ilə qaçdım. Samirəni həmin yerdə vurub-vurmadığımı xatırlamıram.
Səs-küyə gələn qonşular və Tahirə Samirəni götürərək evin həyətinə çıxardılar. Mən də evdən çıxdım və avtomobilimlə anamın yanına getdim. Maşını evdə saxladım, anamın pensiya kartını geri verdim. Törətdiyim əməli anama danışdım.
Sonra polisə təslim olmaq üçün piyada qəsəbəyə kimi gəldim və orada dayanmış "VAZ 2106" markalı taksi ilə Şəmkir rayon polis şöbəsinə yollandım. Hadisə zamanı istifadə etdiyim bıçağı da özümlə gətirdim".
"Ərim və qayınanamla dalaşırdıq"
Zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, Səlimlə ailə həyatı qurduqdan sonra 2019-cu ilədək onun anası və qardaşı ilə birlikdə yaşayıblar:
"Biz evləndikdən təxminən 2 il sonra qardaşı da ailə həyatı qurdu və bizimlə birlikdə yaşamağa başladılar. Səlim toylara müğənni kimi gedirdi. Pul qazansa da, pulu ailəsinə yox, anasına verirdi. Qayınanam da pulu götürərək özü bildiyi kimi ailənin xərclərini qarşılayırdı. Evə normal ərzaq almırdı.
Bu kimi şeylərə görə evdə həmişə mübahisə və dava düşürdü. Dəfələrlə ərim və qayınanamla dalaşmışıq. 2019-cu ildə atam mənə bir otaqlı ev aldı".
"Məni və anamı öldürəcəyini söyləyirdi"
Zərərçəkmiş qeyd edib ki, 2013-cü ildən etibarən ailəsi ilə birlikdə atasının aldığı evdə yaşamağa başlayıblar: "Həmin evdə də Səlim yenə səbəbsiz yerə mənimlə dalaşır, mübahisə edirdi. Səlim təxminən 2017-ci ildən narkotikdən vasitə istifadə edirdi. Ona dəfələrlə evdə narkotikdən istifadə etməməyi desəm də, mənə məhəl qoymurdu.
Belə olan halda Səlimə boşanacağımı demişəm. O isə hər dəfə boşanacağım halda məni və anamı öldürəcəyini söyləyirdi.
Səlim məni döydüyü üçün əşyalarımı topladım, anamın evinə getmək istədim. O isə məndən üzr istəyərək getməyə qoymadı. Mən də hər dəfə olduğu kimi yenə fikrimdən daşındım".
"Canlı yayım açaraq tanımadığım qızlarla danışırdı"
Samirənin sözlərinə görə, Səlim söz düşdükcə onu öldürəcəyini və işinin yüngül olması üçün polisə namus üstündə qətl törətdiyini deyəcəyini bildirib:
"Səlim "TİK-TOK" sosial şəbəkəsində canlı yayım açaraq tanımadığım qızlarla danışdığı üçün və onun hərəkətlərindən bezdiyim üçün 2022-ci ilin mayında Şəmkir rayon Məhkəməsinə getdim, boşanma ilə bağlı ərizə verdim.
Ərizə versəm də 85 manat məbləğində rüsulu ödəyə bilmədim. Sabahsı gün ödəməyimi planlayaraq evə qayıtdım".
"Qızlarla danışmayacağını söylədi"
Zərərçəkmiş qeyd edib ki, yolda olarkən Səlim ona zəng edib və harada olduğunu soruşub: "Məhkəməyə boşanma ərizəsi verdiyimi dedim. Səlim bu sözümə əsəbiləşdi, məni evə çağırdı. Evə çatanda məni döymək istədi, amma döymədi. Daha sonra məndən üzr istədi, bir daha "TİK-TOK" sosial şəbəkəsində qızlarla danışmayacağını söylədi. Mən də bir daha məhkəməyə getmədim.
Ancaq hər dəfə Səlim narkotik istifadə etdikdən sonra məhkəməyə boşanma ərizəsi verməyimi bəhanə edərək dalaşır, guya kiminləsə münasibətim olduğu üçün boşanmaq istədiyimi deyir, məni qısqanırdı".
"Məni öldürməklə təhdid etdi"
Zərərçəkmiş qeyd edib ki, iyulun 2-də Səlimlə yenidən aralarında mübahisə olub: "Səlim hamama girdi və "gör çıxım səni neynəyəcəm" deyərək məni təhdid etdi. Ən kiçik övladımla qonşu Ləmanın evinə getdim.
Gecə saatlarında Səlim Ləmanın evinə gəldi. Qapını döyərək açmağımızı, açmadığımız halda qapını qıraraq bizi öldürəcəyini dedi. Biz qorxduq. Ləman Daxili İşlər Nazirliyinin 102 "Qaynar Xətt" xidmət mərkəzinə zəng etdi. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək Səlimi polis şöbəsinə apardılar".
"Mən razılaşmadım"
Zərərçəkmiş qeyd edib ki, Səlim polis şöbəsində olarkən evə gedib, əşyalarını götürüb və anasının evinə yollanıb: "Saat 13 radələrində Səlim anamın evinə gəldi. Anam həyətə çıxaraq onu qarşıladı. Mən isə evin qapısını bağladım və qapı arxasından Səlimlə anamın söhbətinə qulaq asdım.
Səlim məni geri qaytarmaq üçün söhbət etmək istədi. Qonşuluqda yaşayan Ləmanın qızı da bizdə idi.
Mən uşaqları götürərək evin ikinci mərtəbəsində olan otağa girdim. Səlim də yuxarı qalxdı və məndən evə qayıtmağımı xahiş edm. Mən isə razılaşmadım".
"Yalvarmağa davam etdi"
Zərərçəkmiş qeyd edib ki, Səlim onun qarşısında dizi üstə çöküb yalvararaq evə qayıtmağını istəsə də, o, yenə razılaşmayıb: "Daha sonra 6 aylıq qızım ağlamağa başladı. Qızımı bəhanə edərək otaqdan çıxdım. Səlim də arxamca gələrək məndən evə qayıtmağımı xahiş etdi. Uşağı götürdüm və o biri otağa girdim.
Səlim arxamca gələrək yalvarmağa davam etdi. Otağa anam da gəldi. Mən otaqdan çıxaraq pilləkənlərlə aşağı düşdüm. Bu zaman Səlim qəflətən sinə nahiyəmdən bıçaqla vurdu. İkinci mərtəbədə olan otağa girdim və qapını örtdüm. Lakin bağlaya bilmədim.
Səlim arxamca gələrək mənə sayını dəqiq xatırlamadığım bir neçə bıçaq zərbəsi vurdu. Yerə yıxıldım. Anam Səlimi məndən ayırmağa çalışdı. Onu sakitləşdirmək mümkün olmadı. Səsə qonşularımız gəldilər, çətinliklə Səlimi sakitləşdirdilər. Daha sonra huşumu itirdim. Bir də özümə gələndə anamın və səs-küyə gələn qonşuların məni xəstəxanaya aparmaq üçün maşına doğru apardıqlarını gördüm".
"Dizi üstə yerə çökdüm"
Samirənin ifadəsinə görə, bu vaxt küçədə olan Səlim onun ayaqüstə olduğunu görüb və yenidən üstünə hücum çəkib: "Anam cəld şvabranı götürərək Səlimi qorxutdu. Evə girərək qapını bağladı. Mən qapının arxasında dizi üstə yerə çökdüm. Qonşu qapını döyərək Səlimin getdiyini dedi. Məni Şəmkir rayon Mərkəzi Xəstəxanasına apardılar".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Səlim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Son.az
Rusiyanın ABŞ-ın Ukraynaya hərbi yardımının bir hissəsinin "qara ba
Son illərdə tez-tez müşahidə edilən problemlərdən biri də unutqanlıqd�
Böyük Britaniyada kral ailəsinin II Elizabetsiz ilk dəfə qarşılaşdığı
Arıqlamaq bir çox insan, əsasən də qadınlar üçün hər zaman gündəmd�
"Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1
Son.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Ək
Avstraliyanın Sidney əyalətində çəkilən görüntülər heyrətə səbəb
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. T�
Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məş
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla
Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri
Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q
Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or
Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind