“Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti...
Siyasət 17 Mar 2023 22:43:00 299 0
Ermənistan hakimiyyəti KTMT-dən çıxma prosesini başladıb.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında hərbi ekspert Hayk Nahapetyan deyib.
"Vəziyyət heç də Paşinyan və onun siyasi çevrəsinin dediyi kimi deyil. Biz KTMT-ni tərk edirik və bu, dərhal olacaq. Bu bütöv bir prosesdir. Uğur qazanacaq, ya yox - böyük sualdır.
Niyə NATO-nun təyin etdiyi yeni nəzarətçi, NATO-nun keçmiş baş katibi Anders fon Rasmussen Ermənistana gəldi və məhz İstisuya (Cermuk) getdi? Mən demişdim ki, bura Azərbaycanın Ermənistandan iki vilayəti kəsməyə cəhd etdiyi zərbə istiqamətidir. Şərqdən zərbə - İstisuya (Cermuk), cənubdan, Naxçıvandan Vayka (Soylan (1956-cı ildən 1994-cü ilə qədər isə Əzizbəyov adlandırılıb), Dərələyəzin bir hissəsi - Naxçıvanla Kəlbəcər arasındakı ərazi nəzərdə tutulur red.). Bəli, Cermuk ən həssas yerlərdən biridir.
Düşünürəm ki, Rasmussen Ermənistanın mövqeyini korrektə etməyə gəlmişdi. Ermənistan Nikol Paşinyanın simasında KTMT ilə hərbi və hərbi-texniki əməkdaşlıqdan imtina edib, onun müşahidəçilərinin gəlməsinə də imkan verməyib. İstisna etmirəm ki, müşahidəçilərin ardınca Ermənistana KTMT sülhməramlıları da gələ bilərdi. Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib və Ermənistanda Ukraynada baş verən aksiyaların memarı olan şəxs var. Vaxtilə o, (Rasmussen nəzərdə tutulur - red.) Poroşenkonun (Ukraynanın sabiq prezidenti) hərbi müşaviri olub. Onun səfəri təhlükə ilə doludur", - Nahapetyan deyib.
Ekspert bildirib ki, vəziyyət ermənilər üçün faciəvidir: "Çünki bu adamın gəlişi regionun tezliklə partlayacağı anlamına gəlir - Ermənistan-Azərbaycan, Azərbaycan-İran, İran-Türkiyə".
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları Qərbin planlarından, xüsusən də Cənubi Qafqazda hansı məqsədləri güddüklərindən yaxşı xəbərdardır:
"KTMT-nin baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri təsadüfi deyil. Hələ ki, rəsmi məlumat yoxdur, amma olmasa, mən bunu bütün bu şəkildə qiymətləndirə bilərəm: Ermənistanın indiki hakimiyyətini təmsil edən Paşinyanın əli ilə Qərbin başlatdığı "boşanma" prosesi hazırda davam edir".
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Estoniyadakı səfiri Mariana Be
Aktyor Türkay Cəfərli instaqramda qalmaqallı status paylaşıb.
Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğ modelyer Başak Diz
Aktyor Corc Qafarov özünün də rol aldığı İkinci Qarabağ müharibəsinə
"Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olar
Müğənni Emma Ələkbərzadə bu dəfə dostlarından şikayətlənib.
ABŞ Qara dənizdə PUA-nın qəzaya uğradığı yerə daha bir "MQ-9 Reap
Əməkdar artist Abbas Bağırov Xalq artisti Eyyub Yaqubovun toyda çəkdiyi vi
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarım
ABŞ səkkiz ildir ki, Ukrayna ordusunu Rusiyaya zərbə endirmək üçün hazı