Tıxma və qozçörəyi qubalıların bayram süfrələrinin bəzəyidir FOTO
Digərləri 17 Mar 2023 22:26:00 325 0
Bu xəbəri də oxu: İstanbulda ailə faciəsi: 5 ölü, 2 yaralı...
Bayram süfrələrinin bəzəyi dadlı şirniyyatlardır. Azərbaycanda hər bölgənin özünəməxsus şirniyyat növləri var. Bəzən eyni şirniyyat ayrı-ayrı regionlarda fərqli formada və üsulla hazırlanır.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qubada bayram süfrəsi üçün hazırlanan şirniyyatlar arasında şəkərbura və tıxma ilk sırada gəlir.
Qubalılar şəkərburanı qozçörəyi adlandırırlar. Burada hazırlanan qozçörəyi ənənəvi şəkərburadan ölçüsünün böyük olması, üzərindəki naxışlar və içliyi ilə fərqlənir.
Tıxma isə Qubanın özünəməxsus şirniyyat növlərindən biridir. Şorqoğal kimi yumru formada olsa da, dadı şirin, üzəri və kənarları şəkərbura kimi naxışlıdır.
Qubada bayram öncəsi qohum və qonşular bir yerə toplaşıb, şəkərbura, tıxma bişirir, nişanlı qızlar üçün bayram xonçası hazırlayırlar.
"Tıxma bizim rayonumuzda ən çox bişirilən şirniyyatlardan biridir. Tıxmanın xəmiri də şəkərbura ilə eyni yoğurulur. Un, yumurta, süd, yağ, maya qatılaraq xəmir hazırlanır. Bir müddət dincə qoyulur. Sonra xəmir kiçik kündələrə bölünüb yayılır və lavaş yağlanır. Lavaşları üst-üstə atdıqdan sonra dürməklər kəsilir. Bu dürməklərdən tıxmanın ölçüsünə görə balaca hissələr kəsilərək forma verilir və içlik doldurulur. Tıxmanın içliyi şəkər tozu, yumurta, yağ, un və zövqə görə əlavə olunan ədəvalardan ibarətdir. Balaca stəkan formasına salınan tıxma xəmirinə bol içlik qoyulur. Şirniyyatın adı da elə tıxmaq, doldurmaq sözlərindən götürülüb", - deyə Quba sakini Çimnaz Məmmədova bildirib.
Tıxmanın üzərinə şəkərburada olduğu kimi, naxışlar vurulur. Qubalıların bayram sovqatları içərisində tıxma şirniyyatı ilə doldurulmuş xonça xüsusi yer tutur. Tıxma şirin olduğundan həm də uşaqların ən sevimli şirniyyatlarındandır.
Aktyor Türkay Cəfərli instaqramda qalmaqallı status paylaşıb.
Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğ modelyer Başak Diz
Aktyor Corc Qafarov özünün də rol aldığı İkinci Qarabağ müharibəsinə
"Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olar
Müğənni Emma Ələkbərzadə bu dəfə dostlarından şikayətlənib.
ABŞ Qara dənizdə PUA-nın qəzaya uğradığı yerə daha bir "MQ-9 Reap
Əməkdar artist Abbas Bağırov Xalq artisti Eyyub Yaqubovun toyda çəkdiyi vi
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarım
ABŞ səkkiz ildir ki, Ukrayna ordusunu Rusiyaya zərbə endirmək üçün hazı
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın
Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını t