YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin "Babil 2.0" sərgisi açıldı FOTO


Kriminal 17 Mar 2023 19:30:00 203 0

YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin "Babil 2.0" sərgisi açıldı  FOTO

YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini hazırlamışdırlar. 

Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. "Babil 2.0", "Keçmiş̧ nəsillərdən qalan izlər" və "Dərman arardım dərdimə" sərgiləri həmin mövzuları araşdırır. 

"Babil 2.0" sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də "qlobal şəhərə" çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.

Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. "Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisimilli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə  gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. "Dərman arardım dərdimə" sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.

"Babil 2.0" sərgisi

Sərginin açılışı: 16 mart, 18:00

Tarix: 16-29 mart, 2023

Kurator: Çinar Balayeva

Layihə meneceri: Zemfira Şixlinskaya

Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova, Aysel Həsənova, Rövşən Hüseynov,  Ülviyyə İman

"Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisi

Sərginin açılışı: 6 aprel, 19:00

Tarix: 06-16 aprel, 2023

Kurator: Aynur Abutalıbova

Layihə meneceri: İlkanə Səmədova

Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı,  Nəcəf Öztürk, Alina Yusupova

"Dərman arardım dərdimə" sərgisi

Sərginin açılışı: 21 aprel, 19:00

Tarix: 21 aprel - 04 may, 2023

Kurator: Bəxtiyar Əliyev

Layihə meneceri: Fidan Hüseynova

Rəssamlar: Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Dilarə Əli-zadə, Zaur Qəhrəmanov,  Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyev

Sərgilərin ictimai proqramları üzrə moderatoru: Asim Adgözəl

Sərgilərin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00-20:00

Məkan: ARTIM Layihə Məkanı

771 nəfər arzuolunmaz şəxs elan olunub like
  • 17 Mar 19:23  
Digərləri 771 nəfər arzuolunmaz şəxs elan olunub

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu

arrow Ətraflı
Prezident Azərbaycan xalqını təbrik edib like
  • 17 Mar 19:20  
Siyasət Prezident Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını t

arrow Ətraflı
"İş təkcə sürət həddini endirməklə bitməyəcək"  Ekspert like
  • 17 Mar 19:00  
Digərləri "İş təkcə sürət həddini endirməklə bitməyəcək" Ekspert

Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endirilə

arrow Ətraflı
Rayonlarda istirahət və bayram günləri üçün hava proqnozu açıqlanıb like
  • 17 Mar 18:49  
Digərləri Rayonlarda istirahət və bayram günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən h

arrow Ətraflı
Türkiyə Finlandiyanın NATOya üzvlüyünə razılıq verdi like
  • 17 Mar 18:42  
Digərləri Türkiyə Finlandiyanın NATOya üzvlüyünə razılıq verdi

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

arrow Ətraflı
Ceyhun Bayramov Çavuşoğlu ilə regional məsələləri müzakirə etdi like
  • 17 Mar 18:30  
Siyasət Ceyhun Bayramov Çavuşoğlu ilə regional məsələləri müzakirə etdi

17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba

arrow Ətraflı
Əli Əsədov süni qiymət artımından danışdı like
  • 17 Mar 18:27  
Digərləri Əli Əsədov süni qiymət artımından danışdı

Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.

arrow Ətraflı
"YouTube TV" də qiymətləri qaldırdı like
  • 17 Mar 18:16  
Digərləri "YouTube TV" də qiymətləri qaldırdı

"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəç

arrow Ətraflı
Ölən oğlundan danışıb ilk dəfə ağladı  VİDEO like
  • 17 Mar 18:05  
Şou-biznes Ölən oğlundan danışıb ilk dəfə ağladı VİDEO

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges

arrow Ətraflı
Baş nazirdən qaz limiti təklifinə cavab like
  • 17 Mar 18:00  
Digərləri Baş nazirdən qaz limiti təklifinə cavab

Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağ

arrow Ətraflı
Peter Mixalko: Ailələrinə başsağlığı verirəm like
  • 17 Mar 17:55  
Digərləri Peter Mixalko: Ailələrinə başsağlığı verirəm

Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.

arrow Ətraflı
Qeyriiş günlərində səfərə hazırlaşan sürücülərə like
  • 17 Mar 17:54  
Digərləri Qeyriiş günlərində səfərə hazırlaşan sürücülərə

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə

arrow Ətraflı
İrəvan meri istefa verdi like
  • 17 Mar 17:50  
Digərləri İrəvan meri istefa verdi

Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsin

arrow Ətraflı