Prezident Azərbaycan xalqını təbrik edib


Siyasət 17 Mar 2023 19:20:00 195 0

Prezident Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə qeyd olunub:

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!

"İş təkcə sürət həddini endirməklə bitməyəcək"  Ekspert like
  • 17 Mar 19:00  
Digərləri "İş təkcə sürət həddini endirməklə bitməyəcək" Ekspert

Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endirilə

arrow Ətraflı
Rayonlarda istirahət və bayram günləri üçün hava proqnozu açıqlanıb like
  • 17 Mar 18:49  
Digərləri Rayonlarda istirahət və bayram günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən h

arrow Ətraflı
Türkiyə Finlandiyanın NATOya üzvlüyünə razılıq verdi like
  • 17 Mar 18:42  
Digərləri Türkiyə Finlandiyanın NATOya üzvlüyünə razılıq verdi

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

arrow Ətraflı
Ceyhun Bayramov Çavuşoğlu ilə regional məsələləri müzakirə etdi like
  • 17 Mar 18:30  
Siyasət Ceyhun Bayramov Çavuşoğlu ilə regional məsələləri müzakirə etdi

17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba

arrow Ətraflı
Əli Əsədov süni qiymət artımından danışdı like
  • 17 Mar 18:27  
Digərləri Əli Əsədov süni qiymət artımından danışdı

Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.

arrow Ətraflı
"YouTube TV" də qiymətləri qaldırdı like
  • 17 Mar 18:16  
Digərləri "YouTube TV" də qiymətləri qaldırdı

"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəç

arrow Ətraflı
Ölən oğlundan danışıb ilk dəfə ağladı  VİDEO like
  • 17 Mar 18:05  
Şou-biznes Ölən oğlundan danışıb ilk dəfə ağladı VİDEO

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges

arrow Ətraflı
Baş nazirdən qaz limiti təklifinə cavab like
  • 17 Mar 18:00  
Digərləri Baş nazirdən qaz limiti təklifinə cavab

Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağ

arrow Ətraflı
Peter Mixalko: Ailələrinə başsağlığı verirəm like
  • 17 Mar 17:55  
Digərləri Peter Mixalko: Ailələrinə başsağlığı verirəm

Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.

arrow Ətraflı
Qeyriiş günlərində səfərə hazırlaşan sürücülərə like
  • 17 Mar 17:54  
Digərləri Qeyriiş günlərində səfərə hazırlaşan sürücülərə

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə

arrow Ətraflı
İrəvan meri istefa verdi like
  • 17 Mar 17:50  
Digərləri İrəvan meri istefa verdi

Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsin

arrow Ətraflı
Milli Məclis İlham Əliyev və Birinci vitseprezidenti təbrik edib like
  • 17 Mar 17:47  
Siyasət Milli Məclis İlham Əliyev və Birinci vitseprezidenti təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli

arrow Ətraflı
Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu like
  • 17 Mar 17:45  
Digərləri Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu

Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında �

arrow Ətraflı