Azad olunmuş ərazilərin yenidən qurulmasına
Digərləri 17 Mar 2023 11:45:00 268 0
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb".
Bu xəbəri də oxu: Azərbaycan nefti bahalaşdı
Son.az bildirir ki, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.
Baş nazir deyib ki, burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır: "Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçmiş və yerlərə köçürülməsi təşkil edilmişdir. Eyni zamanda 48 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilmiş və həmin torpaq sahələrində payızlıq buğda və arpa əkilib. Bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 mlrd. manat, 2022-ci ildə 4,3 mlrd.manat vəsait yönəldilib.
İşğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcək".
Son.az
Dünyada resessiyaya baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.
Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.
Müğənni Nadir Qafarzadə yeni avtomobil alıb.
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) qər
İmtahan zalına qumbara keçirməyə çalışan olub.
VTB (Azərbaycan) Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də m�
Ötən il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və digər
"Atamın çox ağır xasiyyəti olub, hətta bacılarımı Bakıda təhsil
Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa çatdırılıb.
Gələcəkdə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək
"Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınl
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh&quo
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan
Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və k