"Mənə 21 min borcunuz var"
Şou-biznes 17 Mar 2023 10:52:00 294 0
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh" aktyor Müşviq Şahverdiyevi məhkəməyə vermişdi. Tərəflər arasındakı problem müqavilə öhdəlikləri ilə bağlı yaşanmışdı. Bir neçə gün əvvəl hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinmişdi.
Bu xəbəri də oxu: Ferdi Tayfurdan qalan sərvət insanları şoka saldı
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu gün "Xəzər axşamı" verilişində qonaq olan aktyor yenidən məhkəmə prosesi ilə bağlı danışıb. O,apellyasiyaya şikayət verdiyini və təzminat kimi tələb olunan məbləğin 90 min yox, 25 min manat olduğunu deyib:
"Hakim mənim dəlillərimə qulaq asa-asa sonda qarşı tərəfin xeyrinə qərar verdi. Tutaq ki, mən bu pulu ödədim, amma nə qədər insan var ki, belə qərarların qurbanı olur. Elələri var bu məbləği illərlə qazanmalıdır ki, qaytarsın. Müqaviləyə görə bir il işsiz qalmışam, bitdikdən sonra zəng ediblər ki, pul tapmışam, gəl filmə çəkil. Qarşı tərəf məni elə göstərdi ki, pulu almışam və çəkilməmişəm. Məhkəmənin də işi haqq-ədalət işidir. Xahiş edib, məhkəmə zalındakı çəkiliş videosunu ictimaiyyətə təqdim etsəm, insanlarda belə bir fikir yaranacaq ki, Ülkər Həsənova hakim kimi yox, qarşı tərəfin vəkili kimi çıxış edir".
Proqrama telefon zəngi ilə qoşulan "Cinemazadeh" şirkətinin direktoru Cəfər Axundzadə isə bildirib ki, aktyor bir neçə filmə çəkilməyib:
"Şirkətimizin bir neçə filmlə bağlı Müşviqlə müqaviləsi var idi və buna görə pul ödənmişdi. Müşviq bir layihəyə çəkilmədi. Dedik yaxşı, seriala başlayırıq, orada rol alar, onu da başqa filmlə əvəz edərik. Seriala start verdik və 6 seriyadan sonra pandemiya başladı, çəkilişlər dayandı. Daha sonra Müşviq dedi ki, 6 seriyaya da çəkiləcəyəm və 2-3 gün sonra onu gətizdirə bilmədik. Dedik gəl, gəlmədi. Müqaviləmiz əsasında məhkəməyə vermişdik".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan
Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və k
Son 200 il ərzində 250 milyonluq Türk dünyası çətin tarixi proseslərə �
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başl
İsveçrənin ikinci ən böyük bankı olan "Credit Suisse" 2022-ci i
"Nazilə, sənə bahalı bir maşının açarın veriblər?".
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind
Xoy sakinlərinin özlərinin artıq dərəcədə yardıma ehtiyacı var. Buna r