Bu, xoyluların Türkiyəyə mesajıdır Nəimi
Dünya 17 Mar 2023 08:59:00 293 0
Xoy sakinlərinin özlərinin artıq dərəcədə yardıma ehtiyacı var. Buna rəğmən, onların Türkiyəyə yardım etməsi fərqli bir mesaj xarakteri daşıyır.
Bu xəbəri də oxu: Rusiyada satışa çıxarılan bunkerlərin qiyməti dodaq uçuqladır
Son.az bildirir ki, bu sözləri axar.az-a tanınmış güneyli milli fəal Mehdi Nəimi deyib.
O bildirib ki, Xoy sakinləri bu addımla "çətin günlərimizdə sizə yardım etməyə hazırıq" mesajını verirlər:
"İmkan olduğu yerdə yardım etmək bir məsələdir, amma imkansızlıqla yardıma qaçmaq bambaşqa bir məsələdir. Xoyun zəlzələdən zərər görən əhalisi bu ikinci variantı gözəl bir şəkildə sərgilədilər. Güney Azərbaycanın Türkiyə ilə qədimdən qonşuluq əlaqələri vardır. Xoy şəhəri Türkiyəyə daha yaxın olduğu üçün Türkiyə ilə daha doğma bağları qurulub. Özəlliklə, 1918-ci ilin mart ayındakı qanlı Cilovluq faciəsində, Osmanlı ordusunun Güney Azərbaycanın Qərb şəhərlərinə yardım edib, onları kürdlərin, assurların və ermənilərin zülmündən qurtarması hələ də millətimizin yaddaşındadır".
Mehdi Nəimi bildirib ki, Güney Azərbaycan keçmiş günlərdə olduğu kimi. indi də Türkiyənin hər zaman dəstəyini hiss edir:
"Son illərdə Türkiyənin türk dünyasında olan çəkici rolu bu ölkəni ulusumuzun gözündə daha yüksək yerlərə qaldırıb. 2020-ci ildəki 44 günlük Qarabağın azadlığı uğrunda gedən savaşda da Türkiyənin dəstəyini millətimiz yüksək dərəcədə qiymətləndirib. Güney Azərbaycanın müstəqilliyinə gedən yolda və bu istiqamətdə aparılan mədəni mübarizədə Quzey Azərbaycanın, həmçinin Türkiyənin önəmli rolu və dəstəyi gözlənilməkdədir".
Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan fəallar Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardımlar göndəriblər. Yardımların üzərinə "Xoy zəlzələsində zərər çəkənlərin Türkiyədə zəlzələdən zərər çəkən bacı-qardaşlarına yardımı" yazılıb.
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi "
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Res
Türkiyə Rusiya və Belarus hava yollarının "Boinq" və "Airbu
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə
Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Latviyanın Baş naziri Krisjanis
Ötən gün Yardımlıda baş verən qəzada ölən şəxsin müəllim olduğu m
"Hvason-17" qitələrarası ballistik raketinin buraxılışından son
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təhqiqat Komissiyası Rus
Pentaqon Rusiyanın Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsinin qalıqla
ABŞ Suriya və Avropada münaqişəli vəziyyətləri aradan qaldırmaq üçün