İlham Əliyevin təşəbbüsləri və TDTdə formalaşan


Siyasət 17 Mar 2023 09:49:00 282 0

İlham Əliyevin təşəbbüsləri və TDTdə formalaşan

Son 200 il ərzində 250 milyonluq Türk dünyası çətin tarixi proseslərə şahidlik edib. Müxtəlif dövrlərdə işğallara məruz qalan türk xalqları Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dağıldıqdan sonra çiçəklənmə dövrünə qədəm qoyub. 2000-ci illərin əvvəllərindən isə müstəqil Türk dövlətlərinin bir-birinə yaxınlaşma prosesi başlayıb. Nəticədə 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Türk Dövlətləri Təşkilatı (TDT) yaradılıb. Təşkilat yarandığı gündən Türk dövlətlərinin həm siyasi, həm də iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm addımlar atıb.

Son.az Trend-ə istinadən bildirir ki, Türk Dövlətləri Təşilatının ən aktiv dövrü isə 2022-ci ildə Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən Müharibəsindən sonrakı zamana təsadüf edir. Daha dəqiq desək, müharibədən sonra Azərbaycanın regionda artan təsir gücü Təşkilatın da imicinə müsbət təsir göstərmiş oldu. Həmin dövrdən Azərbaycan və Türkiyənin təşəbbüsü ilə bir neçə mühüm Zirvə görüşü təşkil olunub. Görüşlərdə dünyanın diqqətini çəkən bəyanatlar verilib, birlik nümayiş etdirilib. Dünya Türk dövlətlərinin birliyinə növbəti dəfə fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra bir daha şahid oldu.

Təbii fəlakətdən sonra başda Azərbaycan olmaqla, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, həmçinin Şimali Kipr Türk Respublikası Türkiyənin yardımına yetişdi, çıxış yolları ilə bağlı təşəbbüslərlə çıxış etdi. Zəlzələdən sonra ən mühüm təşəbbüslərdən birini Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.

Ölkə başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini təklif edib. Bu təklif Türk dövlətlərinin zəlzələlənin nəticələrinin aradan qaldırılmasının müzakirəsi baxımından çox effektiv idi. Bu səbəbdən Azərbaycan liderinin təşəbbüsü Təşkilat üzvləri tərəfindən yektilliklə qəbul olundu.

Fövqəladə Zirvə görüşü martın 16-da Ankara şəhərində keçirildi.

Toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlar, Türk dövlətləri arasında qarşılıqlı yardımlaşmalar, hərbi, siyasi və iqtisadi əməkaşlıq, həmçinin türk xalqlarının birliyi barədə danışıb. Prezident əvvəlcə bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdu.

Sitat: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır".

Təbii ki, Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr də Türkiyəyə milyonlarla manat həcmində yardım göndərib. Bu yardımlar Təşkilata daxil olan dövlətlərin birliyinin bariz nümunəsidir. TDT üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üçün nümayiş etdirdiyi birlik də xüsusi vurğulanmalıdır. Üzv dövlətlərin həyata keçirilən quruculuq işlərinə verdiyi töhfəyə xüsusi diqqət çəkən Prezident, yenidənqurma işlərinə dəstək verən ölkə başçılarına təşəkkürünü bildirib.

Sitat: "Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib.

Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm".

Prezident çıxışı zamanı TDT üzvlərinin birliyi fonunda Türkiyənin güc mərkəzinə çevrilməsinə və Bakının Ankara ilə müttəfiqlik münasibətlərinə də toxunub.

Sitat: "2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər". Təbii ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin regional və qlobal təsir gücünü artırması bütün Türk dünyası üçün əhəmiyyətlidir.

Məlumdur ki, Avropadan Hindistana, Yaxın Şərqdən Uzaq Sibirə qədər ərazilərdə Türk genini daşıyan xalqlar yaşayır. Yəni Türk dünyasının hüdudları Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin əraziləri ilə məhdudlaşmır. Çıxışı zamanı bu mövzuya diqqət çəkən Prezident bəyan edib ki, Türk dünyası daha böyük coğrafiyanı əhatə edir.

Sitat: "...Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur".

Bu çıxış Türk xalqlarının gələcəyi ilə bağlı mühüm mesaj kimi qəbul olunmalıdır. Çünki Türk dövlətlərinin Qarabağın inşasına göstərdiyi diqqət, həmçinin Türkiyədə baş verən zəlzələdən ziyan çəkənlərə edilən yardımlar Türk Dövlətləri Təşkilatı daxilində qarşılıqlı yardımlaşma ənənələrini formalaşdırmış olur.

Bu birlik və yardımlaşma ənənəsi eyni dilə və mədəniyyətə sahib olduğumuz, amma müstəqil olmayan Türk xalqlarının hüquqlarının qorunması baxımından da özünü göstərməyə davam edəcək. Bütün məqamlar göstərir ki, Türk dünyası qlobal güc olmaq yolunda sürətlə irəliləyir. Bu prosesdə Türkiyə və Azərbaycan başda olmaqla digər Türk dövlətlərinin də rolu böyükdür. Bakı və Ankaranın əlaqələrini bütün sahələrdə yüksək səviyyəyə çatdırması digər Türk dövlətləri üçün yol xəritəsi rolunu oynayır, yeni dəyərlər sistemi formalaşdırır.

Bu səbəbdən ehtimal etmək olar ki, yaxın gələcəkdə Türk dövlətlərinin hərbi-siyasi əməkdaşlığı Şuşa Bəyannaməsinin təməl prinsiplərinin əks olunduğu sənədlərlə yüksək müttəfiqlik səviyyəsinə çatacaq. Azərbaycan isə Türk dünyasının yüksəlişi prosesində mühüm ideyalların əsas təşəbbüskarı rolunda çıxış edəcək.

Son.az 

LaçınXankəndi yolundakı aksiya like
  • 17 Mar 09:42  
Siyasət LaçınXankəndi yolundakı aksiya

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır like
  • 17 Mar 09:38  
Digərləri Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başl

arrow Ətraflı
Bakıda 13 yaşlı qız itkin düşüb like
  • 17 Mar 09:35  
Digərləri Bakıda 13 yaşlı qız itkin düşüb

Bakıda 13 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR like
  • 17 Mar 09:28  
Digərləri "Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR

Sənədsiz 40 min əmlaka çıxarış verilə bilər.

arrow Ətraflı
Bank sektorunda faiz artımları like
  • 17 Mar 09:21  
Digərləri Bank sektorunda faiz artımları

İsveçrənin ikinci ən böyük bankı olan "Credit Suisse" 2022-ci i

arrow Ətraflı
Nazilə yad kişinin ona aldığı bahalı avtomobildən İMTİNA ETDİ: like
  • 17 Mar 09:14  
Şou-biznes Nazilə yad kişinin ona aldığı bahalı avtomobildən İMTİNA ETDİ:

"Nazilə, sənə bahalı bir maşının açarın veriblər?".

arrow Ətraflı
İmişli sakinindən 2 kiloqramdan artıq narkotik götürülüb like
  • 17 Mar 09:07  
Digərləri İmişli sakinindən 2 kiloqramdan artıq narkotik götürülüb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind

arrow Ətraflı
Bu, xoyluların Türkiyəyə mesajıdır  Nəimi like
  • 17 Mar 08:59  
Dünya Bu, xoyluların Türkiyəyə mesajıdır Nəimi

Xoy sakinlərinin özlərinin artıq dərəcədə yardıma ehtiyacı var. Buna r

arrow Ətraflı
47 yaşlı kişini maşın vurub like
  • 17 Mar 08:54  
Digərləri 47 yaşlı kişini maşın vurub

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
"Mriya" sirri: Ukrayna qəsdən zərbə altında saxladı like
  • 17 Mar 08:49  
Dünya "Mriya" sirri: Ukrayna qəsdən zərbə altında saxladı

Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi "

arrow Ətraflı
Vladimir Putin İlham Əliyevə zəng edib like
  • 17 Mar 08:46  
Siyasət Vladimir Putin İlham Əliyevə zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Res

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 17 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Türkiyə Rusiya üçün bu xidməti dayandırdı like
  • 17 Mar 08:40  
Dünya Türkiyə Rusiya üçün bu xidməti dayandırdı

Türkiyə Rusiya və Belarus hava yollarının "Boinq" və "Airbu

arrow Ətraflı
Bakının bir sıra yollarında tıxac var  SİYAHI like
  • 17 Mar 08:35  
Digərləri Bakının bir sıra yollarında tıxac var SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.

arrow Ətraflı
Bir neçə universitetin ləğv ediləcəyi anonsu like
  • 17 Mar 08:30  
Digərləri Bir neçə universitetin ləğv ediləcəyi anonsu

Ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə

arrow Ətraflı