Minalar köçkünlərin təhlükəsiz qayıdışına mane olur
Siyasət 17 Mar 2023 10:24:00 308 0
Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur.
Bu xəbəri də oxu: Erməni simasının üç üzü: TerPetrosyan, Koçaryan, Sarqsyan
Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar Trend-in sorğusuna ABŞ səfirliyindən cavab olaraq bildiriblər.
"ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir", - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlik ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyini qeyd edib.
"Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb",- ABŞ səfirliyindən deyiblər.
Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Son 200 il ərzində 250 milyonluq Türk dünyası çətin tarixi proseslərə �
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başl
İsveçrənin ikinci ən böyük bankı olan "Credit Suisse" 2022-ci i
"Nazilə, sənə bahalı bir maşının açarın veriblər?".
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind
Xoy sakinlərinin özlərinin artıq dərəcədə yardıma ehtiyacı var. Buna r
Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi "
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Res