Qulaq falına çıxmışdım, rəfiqəmin atası dedi ki...”
Şou-biznes 16 Mar 2023 00:44:00 293 0
"10-cu sinifi bitirib, sənədlərimi universitetə vermək ərəfəsində idim. Novruz bayramı idi. Ürəyimdə arzu tutub 2-ci mərtəbəyə, rəfiqəmgilə qalxdım. Onların evində də pişik var idi. Qulağımı qapıya yaxınlaşdırdım ki, pusum. Qulaq asanda bir də gördüm ki, rəfiqəminin atası yoldaşına deyir ki, "ay Sima, pişiyə bax, gör nə gözəl rahat yatıb qucağımda". Bu sözü eşitdim, çox sevindim. Evə gəlib dedim ki, qulağım xoş söz eşitdi, inşallah ki, niyyətim hasil olar. Universitetə daxil oldum, imtahanlarım çox gözəl keçdi. Bir çətinlik çəkmədim. Qulaq fallarım bir çox hallarda çin olub".
Bu xəbəri də oxu: "Şapalağı qoyaram aparıcının ağzına, durub gedərəm"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, aktrisa Dilarə Əliyeva deyib.
"Bir neçə yeniliyim var. Teatrlardan birindən dəvət almışam. Hələ ki, teatrın adını açıqlamaq istəmirəm. Çünki hələ ki, məşq başlamayıb. Arb kanalında yayımlanan "Qaratikan" romantik-komediya serialındayam. Çox maraqlı serialdır. Tamaşaçılar orada oynadığım Narınc xarakterini çox sevirlər. Fərq etməz ki, hansı obraz olsun, əsas odur ki, əsər, senari maraq kəsb etsin. Planlar, layihələr, filmlər var. Arzularım, istəklərim çoxdur" deyə sənətçi bildirib.
Aktrisa bildirib ki, sənətdə olmağının başlıca səbəbkarı atasıdır.
"Mənim atam 3 dəfə İncəsənət institutuna sənəd verib. Qabiliyyətdən keçsə də, digər imtahanlardan kəsilib. Qəbul ola bilməmişdi. Amma içində bir nisgil, arzu var idi. Hər zaman istəyirdi ki, bu sahədə öz sözünü desin. Bir çox məclislərdə nitq söyləyərdi, sözü-sözə toxuyardı. Hətta qohum-əqrəbalarım da deyir ki, "Dilarə sanki içində atasının ruhunu daşıyır". Kaşki yaşasaydı, bu günki uğurlarımı görsəydi deyə düşünürəm. İlk işim olan "Leyli və Məcnun" filmimi gördü. O filmi göz yaşları içərisində izlədi. Hətta bir çox qohumlarımıza yığıb demişdi ki, "indi qızımı göstərəcəklər". Çox xoşbəxt idi" deyə aktrisa bildirib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli ya�
Aktyor Fərda Xudaverdiyev oğlu Raula canlı yayımda kiçik toy edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi �
Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türk
"Yalı çapkını" serialında Ferit obrazının məşuqəsi Pelin rol
Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 doll
Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.
Tamaşası zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən ustad tü
Ənənəvi olaraq həmişə eyni anda iki kresloda oturmağa çalışan Ermənis
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyi