Akardan PUAnın vurulmasına: ABŞla həll yolu axtarırıq
Dünya 15 Mar 2023 23:12:00 304 0
Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türkiyənin daxilindəki strukturlar arasında da aparılır.
Bu xəbəri də oxu: Qırmızı dənizdə turist gəmisi BATDI
Son.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə ABŞ PUA-sının Su-27 qırıcısı ilə toqquşması insidentini şərh edərkən deyib.
"Biz ABŞ-dan olan tərəfdaşlarla ağlabatan və məntiqli həll yolu tapmağa çalışırıq. Vəziyyətdən sülh yolu ilə çıxışın tərəfdarıyıq", - Akar bildirib.
Ankaranın ABŞ-ın hərbi gəmilərinin Qara dənizə keçməsinə icazə verib-verməyəcəyi ilə bağlı sualı Akar belə cavablandırıb:
"Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Prezident Administrasiyası ilə də əlaqə saxlayaraq sıx təmasda işləməyə davam edir. Bundan sonrakı addımlar yaxın vaxtlarda bəlli olacaq".
Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.
"Yalı çapkını" serialında Ferit obrazının məşuqəsi Pelin rol
Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 doll
Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.
Tamaşası zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən ustad tü
Ənənəvi olaraq həmişə eyni anda iki kresloda oturmağa çalışan Ermənis
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide