Naxçıvanla bağlı daha bir dəyişiklik
Digərləri 15 Mar 2023 23:40:00 315 0
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Uğur əhvalınızdan asılıdır
Son.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türk
"Yalı çapkını" serialında Ferit obrazının məşuqəsi Pelin rol
Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 doll
Ermənistana narkotik gətirilməsi halları kəskin şəkildə artıb.
Tamaşası zamanı halı pisləşərək xəstəxanaya yerləşdirilən ustad tü
Ənənəvi olaraq həmişə eyni anda iki kresloda oturmağa çalışan Ermənis
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyi