Sahibə Qafarova Ermənistan parlamenti spikerinin


Siyasət 12 Mar 2023 22:45:00 375 0

Sahibə Qafarova Ermənistan parlamenti spikerinin

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında bu gün keçirilən müzakirələrdə çıxış edib.

Azərbaycan parlament rəhbərindən əvvəl çıxış edən Ermənistan parlamentinin spikeri Alen Simonyan öz erməni xislətinə sadiq qalaraq, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Lakin bu dəfə də onun həqiqətdən uzaq iddiaları layiqincə cavablandırılıb. Belə ki, Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında erməni spikerin yalanlarını ifşa edib.

Bu barədə Son.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Spiker Sahibə Qafarova çıxışında deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də məhv edib. Spiker bütün bunları monoetnik Ermənistan dövləti tərəfindən dözümsüzlük və nifrətin açıq nümayişi kimi dəyərləndirib.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. Bu gündəm beynəlxalq hüququn 5 prinsipinə əsaslanır. Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir.

Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifinin növbəti təzahürü kimi qiymətləndirib.

Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı öz təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş siyasəti ilə tanınan dünyanın ən monoetnik ölkələrindən birinin nümayəndəsinin çıxış etməsindən təəssüfləndiyini diqqətə çatdırıb.

Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.

İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir.

Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlamağa davam edir.

Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşlarının hamısı digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna əmin olmağa imkan verir.

Ermənistan parlamenti spikerinin Laçın yolunun guya "blokada" olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.

Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Putini əvəz edəcək adamın ADI MƏLUMDUR like
  • 12 Mar 22:39  
Dünya Putini əvəz edəcək adamın ADI MƏLUMDUR

Baş nazirlə parlament fraksiyaları arasında gözlənilən danışıqlar siya

arrow Ətraflı
Vardövlət qazanmağın beyin və ağılla əlaqəsi varmı? like
  • 12 Mar 22:35  
Digərləri Vardövlət qazanmağın beyin və ağılla əlaqəsi varmı?

Alimlər sərvət və zəka arasındakı əlaqəni təhlil ediblər.

arrow Ətraflı
Zaxarovadan etiraf: like
  • 12 Mar 22:28  
Dünya Zaxarovadan etiraf:

Prezident Vladimir Putin artıq Rusiyanın informasiya məkanına nəzarət edə

arrow Ətraflı
Əqli çatışmazlığının qarşısını ala biləcək like
  • 12 Mar 22:19  
Digərləri Əqli çatışmazlığının qarşısını ala biləcək

Tədqiqatlar ət növlərində əqli çatışmamazlığın inkişaf riskini azal

arrow Ətraflı
Laçında sərhədnəzarət məntəqəsi qurulur like
  • 12 Mar 22:12  
Siyasət Laçında sərhədnəzarət məntəqəsi qurulur

5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçı

arrow Ətraflı
Hərbi qulluqçumuz like
  • 12 Mar 22:10  
Digərləri Hərbi qulluqçumuz

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər N

arrow Ətraflı
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN PA arasında anlaşma memorandumu imzalanıb  FOTO like
  • 12 Mar 22:08  
Siyasət Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN PA arasında anlaşma memorandumu imzalanıb FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manam

arrow Ətraflı
Göbələk əleyhinə dərmana like
  • 12 Mar 22:04  
Dünya Göbələk əleyhinə dərmana

Göbələklə mübarizə üçün icad edilmiş yeni preparata Hollivud aktyoru K

arrow Ətraflı
BMTdə Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə like
  • 12 Mar 21:58  
Dünya BMTdə Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə

Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dili

arrow Ətraflı
Keçmiş həyat yoldaşından prodüser Təranə ilə bağlı AÇIQLAMA: like
  • 12 Mar 21:53  
Şou-biznes Keçmiş həyat yoldaşından prodüser Təranə ilə bağlı AÇIQLAMA:

"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi ç�

arrow Ətraflı
Təzyiq aşağı düşdükdə atmalı olduğunuz like
  • 12 Mar 21:49  
Digərləri Təzyiq aşağı düşdükdə atmalı olduğunuz

Diyetoloq, tibb elmləri namizədi həkim Yelena bildirib ki, atmosferdəki təz

arrow Ətraflı
39 yaşlı müəllim qəfil like
  • 12 Mar 21:45  
Digərləri 39 yaşlı müəllim qəfil

Bərdə rayonunda ibtidai sinif müəllimi qəfildən dünyasını dəyişib. 

arrow Ətraflı
Dövlət Departamenti Hüseyn Əmir Abdullahiyanın bəyanatını TƏKZİB ETDİ like
  • 12 Mar 21:28  
Dünya Dövlət Departamenti Hüseyn Əmir Abdullahiyanın bəyanatını TƏKZİB ETDİ

ABŞ-ın İranla əsir mübadiləsinə dair razılığa gəlməsi barədə açı

arrow Ətraflı
"Xəstəlik iş yerlərindən başlayır” like
  • 12 Mar 21:19  
Dünya "Xəstəlik iş yerlərindən başlayır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraci�

arrow Ətraflı
Türkiyədə zəlzələdə həlak olanların sayı 48 min nəfərə çatıb like
  • 12 Mar 21:13  
Dünya Türkiyədə zəlzələdə həlak olanların sayı 48 min nəfərə çatıb

Türkiyədə zəlzələdə həlak olanların sayı 48 min nəfərə çatıb.

arrow Ətraflı