41 yaşında tələbə oldu, ömrünü sənəti üçün şam kimi əritdi Unudulan məşhurlar FOTO
Digərləri 11 Mar 2023 19:47:00 421 0
Bu xəbəri də oxu: Evlənmə təklifi alacağınız həmin o RESEPT
Son.az lent.az-a istinadən "Unudulan məşhurlar" rubrikasında Xalq artisti, xanəndə Şahnaz Haşımova haqqında məlumatları təqdim edir.
Şahnaz Haşımova 1957-ci ildə Gəncə şəhərində anadan olub. Şahnaz xanım müsahibələrində mühəndis işləyən atasının sazda ifa edib, şeirlər yazdığını deyib. Ailədə özündən başqa 7 bacı-qardaşı olub.
Gənc Şahnazın altı yaşından bəri musiqiyə həvəsi olduğuna görə, o, 1975-ci ildə Gəncə Musiqi Kollecinin muğam şöbəsində təhsil alıb. Bundan əlavə, Şahnaz Haşımova 41 yaşında Dağıstan Dövlət İdarə Etmə və Biznes Universitetinin Hüquq fakültəsinə daxil olub.
14 yaşında ikən o, bədii özfəaliyyət kollektivlərinin solisti, "Oxu, tar" festivalının iştirakçısı olub. 1977-ci ildən indiyədək "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. Bundan başqa, o, Gəncə Musiqi Kollecində xanəndə müəllimidir. Müxtəlif vaxtlarda "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının və Gəncə Dövlət Filarmoniyasının direktoru, Gəncə Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyasının sədri vəzifələrində çalışıb.
O, milli mahnılarımızla yanaşı, türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnılarını da məharətlə ifa edib. Şahnaz Haşımovanın repertuarında ən çox bəyənilən ifalardan biri də "Kəsmə" şikəstədir. Təbii ki, bu şikəstəni bir çox xanım xanəndələrimiz oxuyub. Ancaq məhz Şahnaz xanım "Kəsmə" şikəstəyə özünəməxsus nəfəs verib. O, müsahibələrinin birində "Bütün həyatımı sənətimə görə şam kimi əritmişəm", - deyib. O, məhz çalışdığı nüfuzlu vəzifələrdən səhhətinə görə uzaqlaşdığını etiraf edib.
Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, 1989-cu ildə "Azərbaycan SSR-in Əməkdar artisti" fəxri adına, 2000-ci ildə isə "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülüb. Azərbaycanın hüdudlarından kənarda ölkəni təmsil edən, qastrol və səfərlərə çıxan Şahnaz Haşımova xarici məşhurlarla dostluq əlaqələri qurub.
Şahnaz Haşımova Əməkdar artist, kamança ifaçısı Eldar Abdullayevlə 16 yaşında ailə qurur. Onların iki oğul övladı, altı nəvələri var. Bacısı Aybəniz Haşımova onun haqqında danışarkən "Şahnaz xanım səhnədə olanda mən heç doğulmamışdım", - deyib. Hətta Şahnaz xanım müsahibələrində deyir ki, Aybəniz xanımın sənətə gəlməyini istəmirdi. Çünki özü bu sənətdə hər əziyyəti çəkdiyini etiraf edirdi. Bir maraqlı fakt: Bu bacıların arasında hələ heç vaxt küsülülük, inciklik barədə xəbər yayılmayıb.
Lent.az Şahnaz xanımın səhhəti ilə bağlı maraqlanmaq istədi. Özü ilə danışmaq istəsək də, təəssüf ki, bu baş tutmadı. Ancaq bacısı Aybəniz xanım hazırda vəziyyətinin yaxşı olduğunu dedi.
"Nə xədər xoşbəxt, hər şey yerindəymiş kimi görünsəm də, boşl
Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən
Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ö
Türkiyənin məşhur "Kardeşlerim" serialının baş rol ifaçılar�
Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Bəhruz qonşusu Şirvan
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh"
Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxal
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub
Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli ATV kanalında yay�
Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt
Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb