Yatmağa görə nəzarətçini öldürdü
Kriminal 11 Mar 2023 19:22:00 382 0
Bu xəbəri də oxu: Gəncədə orta yaşlı kişi bıçaqlandı
CİNAYƏT İŞİ
Qısa arayış...
2020-ci il avqustun 13-ü gecə saatlarında Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində bıçaqlanma hadisəsi olur. 68 yaşlı Hüseyn Məmmədov bıçaqlanaraq. Sabunçuda yerləşən 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş orada ölüb. Ayın 13-də Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılan cinayəti işi, zərərçəkmişin ölümündən sonra rayon prokurorluğuna göndərilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Vüqar Cəfərov səhərisi gün polis əməkdaşları tərəfindən Sumqayıt şəhərinin 17-ci məhəlləsində tutulub. Vüqar Cəfərov 1980-ci ildə Kürdəmir rayonunda anadan olub, əvvəllər 2 dəfə məhkum olunub.
Son.az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 12-i saat 23:30-da Vüqar Cəfərov gecələmək üçün Rəsulzadə qəsəbəsində qeyri-rəsmi fəaliyyət göstərən hostelə gəlib. Dəhlizdə nəzarətçi Hüseyn Məmmədova yaxınlaşaraq, gecələməyə yer verməsini xahiş edib. Hüseyn onunla kobud danışıb, söyüş söyərək, yer olmadığını bildirib. Vüqar çıxıb getməsini tələb edən Hüseynin hərəkətlərindən əsəbiləşib və bu zəmində aralarında yaranmış mübahisə zamanı, bıçaqla 1 dəfə onun qarın nahiyyəsinə zərbə endirib. Nəticədə səhərisi gün saat 11-də zərərçəkmiş xəstəxanada dünyasını dəyişib. İş üzrə dindirilmiş Vüqar Cəfərov bildirib ki, 2002-ci ildən Vəfa adlı qadınla qeyri-rəsmi yaşayıb, nikahdan 3 övladları dünyaya gəlib. 2009-cu ildən ailəsindən ayrılaraq, tək yaşamağa başlayıb:
"Fərdi qaydada usta kimi işləyirdim, müxtəlif ünvanlarda gündəlik kirayələrdə qalmışam. Axırıncı dəfə Abşeron rayonu, Atyalı yaşayış massivində 70 manata kirayədə yaşadım. Qonşuluğumda yaşayan Emil Kərimovla yaranan mübahisə zamanı, bıçaqla gözünün altına xəsarət yetirdim. Qonşum məni tutduracağını bildirərək, DİN 102 xidmətinə zəng etdi və adiyyatı üzrə məlumat Qobu Polis Bölməsinə ötürülüb.
Bunu bilib, dərhal evdən çıxdım və taksi ilə "Xutor" adlanan ərazidə yerləşən hostel tipli evə gəldim. Qapını açan tanımadığım, hündürboylu bir nəfərə ev sahibini çağırmağını, pulunu verib, orda gecələmək istədiyimi dedim. Daha sonra gələn Hüseyn Məmmədov məni əli ilə itələyərək, qalmağa yeri olmadığını bildirdi. Əvvəllər də burda bir neçə dəfə qaldığımı deyəndə, həmin şəxs məni təhqir edərək, bir daha qalmağa yer olmadığını vurğuladı.
Hüseynin dəfələrlə işlətdiyi söyüşlərdən sonra, şalvarımın bel hissəsinə keçirdiyim bıçağı çıxarıb, qarınına zərbə vurdum. Xəsarət alan şəxs qışqırdı. Aşağıda olan adamların yuxarı qalxmasını görüb tələsik evi tərk etdim. Taksi ilə "Şamaxinka" adlanan əraziyə, ordan isə Atyalı qəsəbəsinə getdim. Avqustun 14-də polis əməkdaşları məni Sumqayıtda saxlayaraq, Binəqədi rayon Polis İdarəsinə gətirdilər".
"Nə xədər xoşbəxt, hər şey yerindəymiş kimi görünsəm də, boşl
Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən
Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ö
Türkiyənin məşhur "Kardeşlerim" serialının baş rol ifaçılar�
Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Bəhruz qonşusu Şirvan
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh"
Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxal
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub
Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli ATV kanalında yay�
Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt
Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyy
Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı