Məhkəməni uduzan Müşviq: "Hakim şahidlərimi içəri buraxmadı"
Şou-biznes 11 Mar 2023 17:55:00 345 0
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh" şirkəti ilə aktyor Müşviq Şahverdiyevin məhkəməsi bu gün başa çatıb.
Bu xəbəri də oxu: “Sənin üçün çox darıxacağam”
Son.az axşam.az-a istinadən xəbər verir ki, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib. Məsələ ilə bağlı aktyor daha bir açıqlama yayıb. O bildirib ki, dəvət etdiyi şahidləri hakim qəbul etməyib:
"Üç il sonra bu adamlar məni məhkəməyə veriblər. Verilən avansı geri istəyirlər. Adını da qoyublar ki, həmin vaxt Müşviqə demişik, lakin çəkilməkdən imtina edib. Bunu niyə 3 il əvvəl yox, indi deyirlər? Əllərində səsli və ya yazılı ismarıc kimi heç bir sübut yoxdur. Deyirlər ki, Müşviqə zəng etdik, gəlmədi, filmə çəkilmədi.
Məhkəməyə sübutlarımı, 2022-ci ildə Cəfər Axundzadənin mənə göndərdiyi səsli mesajını təqdim etmişəm. Orada mənə deyir ki, "Müşviq, pandemiyaya görə təxirə düşdü, İnşallah, çəkəcəyik". Hakim Ülkər Həsənova bunların hamısına qulaq asdı və ədalətsiz qərar verdi. Qarşı tərəfin şahidləri yox idi, mənim isə şahidlərimi hakim içəri buraxmadı ki, müqavilələri yoxdur. Cəfər Axundzadə ilə işləyən insanlar mənə dəstək olmaq üçün gəldilər ki, haqq-ədalət var, sənə görə orada iş dayanmayıb. Səni filmə çəkmək söhbəti olmayıb, onlar səni şərləyirlər. Amma məhkəməni onlar qazandı. İnşallah ümid edirəm ki, apellyasiyada Ülkər Həsənova kimi ədalətsiz qərar verən hakimlə qarşılaşmayacağam. Cəfər Axundzadəni də, məni də hamı tanıyır. O insan haqda saytlarda yazılar da var. Nə qədər insanların pulunu kəsib, hamısını bilirlər".
Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib.
Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxal
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub
Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli ATV kanalında yay�
Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt
Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyy
Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı
20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlı
Son.az Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövh�
Türk müğənni Haluk Levent növbəti xeyirxah addımı ilə diqqət çəkib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi