XİN: Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur
Siyasət 07 Mar 2023 19:28:00 267 0
Silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 6 mart tarixində Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfinin növbəti təxribatı Azərbaycan silahlı qüvvələrinin polis avtomobilinə hücumu kimi qiymətləndirilməsi iddasını şərh edərkən deyib.
A.Hacızadə bildirib ki, təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir.
"Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini "polis" kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir.
Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur".
1-ci qrup gözdən əlil ciddi problemlə üzləşib.Suraxanı rayonu, Hövsan q
COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nə
Pəncərə və qapıları sınıb,şüşələri qırılıb.Uzaqdan tam bir xarab
Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə ddemək olar k
67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma
İnsanlara yaxınlaşıb onlara "şirinlik" edən qütb ayısı ilə b
Azərbaycanda bəzi sahələr üzrə kadr çatışmazlığı var. Bu, özünü
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Ünvanına cərimə protokolu gələn sürücü bununla razılaşmır.
Qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sek
Azərbaycanın Xəzər dənizində külək resursları "yaşıl" elekt
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma