Biznesdə və özünüməşğulluqda
Digərləri 07 Mar 2023 16:44:00 323 0
Qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu artmaqdadır. Son zamanlar qadınlar mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa daha çox maraq göstərirlər.
Bu xəbəri də oxu: Heç kim Bakıdan yaxşı nəticə əldə etmədən getmək istəmir Muxtar Babayev
2023-cü ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 22%-ni qadınlar təşkil edib. Qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər. Sahibkar qadınların 29,9%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 8,9%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, "Startap" şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar.
KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələrdir.
Təkcə 2022-ci il ərzində Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil edilmiş müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu "Almaniya-Azərbaycan birgə Proqramı"ndan bugünədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb.
11 qadın sahibkar "Startap" şəhadətnaməsi əldə edib.
2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən istifadə etmiş 1050 sahibkarlıq subyektinin 40%-dən çoxu qadın sahibkar olub. Bundan başqa, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25 sahibkarlıq subyektindən 12-si qadındır.
Azərbaycanın Xəzər dənizində külək resursları "yaşıl" elekt
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
"Kənddə, rayonda yaşayanın, maşını olanın-olmayanın başqa arzusu
Bu gün metronun "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi s�
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i
Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində
Xalq artisti Məleykə Əsədova açıqlaması ilə diqqətləri üzərinə cəm
Son vaxtlar cinsi azlıqlara meyilin artdığını müşahidə edilir.
Müğənnilər Sevinc və Sevil Səfərova bacıları açıqlamaları ilə diqq�
Türkiyənin Rize şəhərində səhər saatlarından başlayan fırtına bəzi
Kapital Bankhər il olduğu kimi bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis m