Bakıda hipermarketə silahlı basqının detalları "Qabaqcadan hazırlanan..." VİDEO
Kriminal 07 Mar 2023 15:33:00 328 0
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Son.az sfera.az-a istinadla xəbər verir ki, "Xəbərertəsi" verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib:
"Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil edilib. Qabaqcadan hazırlanan, bir neçə şəxs tərəfindən planlaşdırılan cinayət idi ki, o ünvana gedilib bu hadisə törədilsin.
Nəticədə oradan külli miqdarda vəsait talanmalı idi. Gəlin baxaq, o cinayətkarlar həmin informasiya-kommunikasiya vasitələrini də nəzərə almışdılar. Bilirdilər ki, harada kameralar var. Amma onların nəzərə almadıqları bir çox cəhətlər var idi ki, onlar ondan məlumatsız idilər. Əvvəl cinayəti törədənlərin şəxsiyyəti müəyyən edildi. Onlar hansı ünvana gedə bilər o ünvanlar nəzarətə götürüldü".
Xatırladaq ki, 3 gün əvvəl Xətai rayonunda yerləşən hipermarketlərdən birində silahlı basqın edilib. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.
Şəxslərin yeri müəyyən ediləndə onlar polisə odlu silahdan atəş açmağa başlayıblar. Avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.
Ətraflı videoda:
Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikas�
Kubadan Floridaya (ABŞ) uçuş həyata keçirən təyyarənin mühərrikinə qu
Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının al
Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance 8 Mart Beynəlxalq Qa
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar İşçiləri Həmlka
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tər
Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) &
"CinemaPlus" kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən &qu
"Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də
Ağacların kütləvi kəsilməsi faktları kəndin girəcəyində olan 2 qədim
"Mingəçevir" futbol klubunu daşıyan avtobus yük maşını ilə to
1 əsrdən çox yaşı olan bina hər an uça bilər. Söhbət Sabunçu rayonu Z
Məşhur ilahiyyatçı alim Hacı Şahin Həsənlinin günlər öncə ürəktutm
Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollan