İran Hacı Şahinin ölümündən bu cür istifadə edir
Digərləri 07 Mar 2023 13:19:00 291 0
Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır.
Bu xəbəri də oxu: Heç kim Bakıdan yaxşı nəticə əldə etmədən getmək istəmir Muxtar Babayev
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov qeyd edib. Onun sözlərinə görə, təxribatlar məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır.
C.Məmmədov daha çox din və təhlükəsizliklə bağlı məsələlərə diqqət çəkib:
"Bu gün İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarını daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub. Əvvəl də qeyd etmişdim ki, Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycanın hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlanıdırılırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı.
Bu gün İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir: bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur. Əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər. Onun elektaratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər".
Deputat bildiririb ki, dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik:
Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən
8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Kimisi verəcəyi hədiyyəni
WhatsApp "Müddəti Bitmiş Qruplar" adlı yeni funksiya hazırlayır.
İranda repressiv qüvvələrlə mübarizə artıq 5 aya yaxındır ki, davam ed
Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yol
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Rusiyada "Mi-8" helikopterinin təcili enişinin görüntüləri yayı
Müğənni Xatun Əliyeva Xalq artisti Aygün Kazımovanın ad günü məclisin
Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Haf
Qərbi Azərbaycan əyalətinin Sənəndəc şəhərində bir neçə məktəbə
"Yuxu kimi"nin ulduzu, Xalq artisti Pərvanə Qurbanova yeni dəbdəb�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
26 fevral 1992-ci ildə törədilmiş Xocalı faciəsinin 31-ci ildönümü mün
"44 günlük vətən müdafiəsindən sonra 30 ilə yaxın işğal altında