Tanınmışlar 8 Martı necə keçirəcəklər?
Şou-biznes 07 Mar 2023 12:57:00 283 0
8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Kimisi verəcəyi hədiyyəni artıq alıb, kimisi özəl qeyd etməyə üstünlük verəcək.
Bu xəbəri də oxu: Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
Bəs yerli şou-biznesin kişi nümayəndələri 8 Martı necə keçirəcəklər?
Son.az lent.az-a istinadən bir neçə tanınmışla sorğu keçirib.
Xalq artisti Faiq Ağayev 8 Mart münasibətilə anasına hədiyyə alacaq. Bundan başqa, o, həmin günü səhnədə keçirəcək.
"Toylar kralı" ləqəbli müğənni Manaf Ağayev Lent.az-a açıqlamasında bildirdi ki, o, 8 martı keçirmək niyyətində deyil. Buna səbəb isə şəhidlərimizin olması, Türkiyədə baş verən zəlzələdə ölənlərin ruhuna sayğı etməsi və digər məsələlərdir.
Müğənni Nadir Qafarzadə isə hər gün ailəsinə hədiyyə aldığını dedi:
"8 Martı gözləmirəm, hər gün evdəki yaxınlarıma hədiyyə verirəm. Hədiyyə verməyi çox sevirəm. 8 Martda xüsusilə hədiyyəm olacaq. Xanımlarımızı konsertə aparacağıq, özəl hədiyyələr də verəcəyik. İldə bir dəfə olur deyə, istəyirəm ürəklərincə olsun. İmkan daxilində xanımlara hədiyyə vermək lazımdır. Ümumiyyətlə, qadınlara ən böyük hədiyyə onları xoşbəxt etməkdir. Bütün qadınları indidən təbrik edirəm".
Model, aktyor Rüstəm Cəbrayılov Lent.az-a açıqlamasında "Təbii ki, keçirəcəyəm. Hədiyyə alacağam, amma bilmirəm nə alım. Fikirləşirəm. Bütün qadınları 8 Mart münasibətilə təbrik edirəm", - deyə, fikrini bildirib.
Repçi Şəhriyar Atababayev (Xpert) saytımıza həmin günü ailəsi ilə birgə keçirəcəyini dedi: "Anamı, həyat yoldaşımı və qızımı təbrik edəcəyəm. Bu fani dünyada onsuz da dünyada nə qədər xoş gün var ki? Bu gözəl günləri keçirmək üçün bəhanəmiz olsun".
Aktyor Kamran Ağabalayev Lent.az-a açıqlamasında xanımına bahalı hədiyyə verəcəyini bildirdi:
"Əlbəttə 8 Mart gününü keçirəcəyik. Həyat yoldaşıma bahalı hədiyyəm olacaq. Amma özəldir deyə, açıqlaya bilməyəcəm. Çox istəyərdim anama da hədiyyə alım, amma rəhmətə gedib".
Yazıçı Aqşin Yenisey 8 Martla bağlı fikirlərini belə izah etdi:
"Əksər Azərbaycan ailələrində olduğu kimi bizim ailədə də bu günü qeyd edəcəyik. Sözün açığı, hədiyyə almaqda çox bacarıqsızam. Nə alacağıma qərar verməmişəm. Maddi tərəfin qarşılayacağam, amma seçimi mən etməyəcəyəm. Ümumiyyətlə, gəlin, qadınlara tək xüsusi günlərdə qiymət verməyək. İnsanlara hər gün diqqət, qayğı göstərək. Qadınlara bir gün gözəl anlar yaşadıb, qalan bütün günlərdə əziyyət etməyək. Günlərini qara gətirməyək.
Aktyor Əli Əlizadə də bayramı keçirməyə hazırlaşanlar arasındadır:
"Ailəm ilə keçirəcəyəm. Hədiyyə nə alacağımı hələ ki bilmirəm. Azərbaycan xanımlarına sözüm budur ki, həmişə zərif, güclü, sağlam olsunlar. Ürəyindəki arzulara çatsınlar. Heç bir kişidən asılı olmasınlar".
Qiraətçi Xəzər Süleymanlı açıqlamasında "Yaxınlarıma hər il olduğu kimi bu il də ətir və çiçək alacağam. Qadınlara arzum budur ki, həmişə qürurlu, namuslu, ismətli olsunlar. Həyatlarını daim gözəl davam etdirsinlər, xoşbəxt olsunlar", - deyə, bildirdi.
Aktyor Şəhriyar Əbilov 8 Mart münasibətilə ancaq anasına hədiyyə verəcəyini dedi:
"Hədiyyə almışam və onu həyatımın qadınına - anama təqdim edəcəyəm. Həm ad gününə, həm də 8 Marta görə. Yetərincə bahalı bir hədiyyədir və özəldir. Arzu edirəm qadınlarımız həmişə formada, gözəl olsunlar. Sevdikləri insanın qədrini bilsinlər. Özlərinə hörmət etsinlər ki, qarşı tərəf də onlara layiqincə davransın".
WhatsApp "Müddəti Bitmiş Qruplar" adlı yeni funksiya hazırlayır.
İranda repressiv qüvvələrlə mübarizə artıq 5 aya yaxındır ki, davam ed
Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yol
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Rusiyada "Mi-8" helikopterinin təcili enişinin görüntüləri yayı
Müğənni Xatun Əliyeva Xalq artisti Aygün Kazımovanın ad günü məclisin
Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Haf
Qərbi Azərbaycan əyalətinin Sənəndəc şəhərində bir neçə məktəbə
"Yuxu kimi"nin ulduzu, Xalq artisti Pərvanə Qurbanova yeni dəbdəb�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas
26 fevral 1992-ci ildə törədilmiş Xocalı faciəsinin 31-ci ildönümü mün
"44 günlük vətən müdafiəsindən sonra 30 ilə yaxın işğal altında
Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin münasibətlər