“Şəkillərimi plastik cərrahlara göstərib deyiblər ki, bizi də belə et”
Şou-biznes 06 Mar 2023 20:29:00 280 0
"İllər əvvəl müğənnilərimiz mənim şəkilimi plastik cərrahlara göstərib deyirdilər ki, məni də belə et. Mən buna normal baxıram. Təki xanımlarımız gözəl olsun. Əlbəttə ki, plastik cərrahlarımız da xanımları gözəlləşdirmək üçün çalışır. Bir qadın əgər etdiyi plastik toxunuşla gözəl görünürsə, niyə də olmasın?! Gözəllik qadınının həyatda özünü güvəndə hiss etməsidir. Amma həkimin də yaxşısını seçmək lazımdır. Bəzən elə müdaxilələr edilir ki, xanımlar ümumiyyətlə özlərinə oxşamır. Plastik əməliyyatlara müsbət baxıram, nə vaxtsa ehtiyac yaranarsa, mən də etdirərəm".
Bu xəbəri də oxu: Corc evlənir?
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Opera və Balet teatrının aparıcı solisti Gülüstan Əliyeva deyib.
"Mahnılarımı oxumağın icazəsini hər müğənniyə vermirəm. Bəzən olur ki, icazəsiz oxuyurlar. Əlbəttə ki, mən o dəqiqə etirazımı bildirirəm. Bəzi müğənnilər var ki, icazə alıb oxuyurlar. 3-4 il sonra sənətə yeni gələn müğənnilərin ifasında eşidəndə zəng edib, soruşuram ki, sən kimdən icazə almısan? Deyir ki, bu mahnını mənə bundan əvvəl oxuyan müğənni icazə verib. Halbuki o xanım bu mahnını məndən xahiş edib, oxuyub, indi gənc ifaçılarımıza deyir ki, "hə, Gülüstan xanım da oxuyub bu mahnını". O mahnının möhürünü artıq vurmuşam. Nə qədər düzgündür ki, bu addımı atasan?! Bu ən böyük hörmətsizlikdir" deyə sənətkar bildirib.
Sənətkar teatr fəaliyyətindən də danışıb.
"Opera səhnəsini hər kəs arzulayır. "Leyli və Məcnun" əsəri isə mənim şah əsərimdir. Leyli obrazını uzun illər ifa etmişəm. Elə bilirsiniz ki, bu səhnədə baş çıxarmaq hər adamın işidir?! Xanəndələr olublar ki, gəlib bir dəfə ifa edib, gediblər. Buna dözməyiblər, duruş gətirə bilməyiblər. Bu gün də teatrdayam. Bütün milli operalarda baş rolları ifa edirəm. Bu şans hər kəsə qismət olmur. Mən artıq Leyli obrazını oynayırdım, sonra rejissorumuz Hafiz Quliyev mənə Cahan xala, Ərəbzəngi rollarını verdi. Bəzi həmkarlarım bu rollardan imtina etdilər ki, mən niyə Leylidən sonra Ərəbzəngi oynamalıyam?! Onlar obrazları bir az küçümsədilər, amma mən oynadım. 20 il öncə ürəyimdən "Karmen" tamaşasında Karmeni oynamaq keçirdi. Belə bir arzum olub. "Koroğlu" operasında xanəndə qız rolunu da oynamaq istərdim. Bu mənim arzularımdır" deyə xanəndə bildirib.
Əməkdar artist Gülüstan Əliyeva pedaqoji fəaliyyətindən də danışıb.
"18 ildir ki, Milli Konservatoriyada dərs deyirəm. Xalq artisti, Konservatoriyanın rektoru Siyavuş Kərimi bizim üçün çox gözəl şərait yaradıb. Demək olar ki, bir ailə kimiyik. Zəif tələbələrim də olub, yaxşı oxuyan tələbələrim də, amma bir insan zəng edib mənə tapşırmayıb ki, filan tələbəyə yaxşı qiymət yaz. Düzdür, tapşırıblar ki, filan tələbənin üzərində daha diqqətli, tələbkar olun. Onlardan tələb etmişəm, bu mənim haqqımdır da. Tələbənin şişirdilmiş qiymətini verəndə onda arxayınlıq yaranır. Heç kimin haqqına girmək olmaz" deyə sənətkar bildirib.
Gülüstanı da tez tez danışdırmayaq.
Niderlandın bir sıra bələdiyyələrində yetkinlik yaşına çatmayanlara b�
Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edə
ABŞ-nin Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "
"Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfər - general-mayor
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın
2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rz
Müğənni Roza Zərgərli Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKS
3-5 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər
Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istə
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezid