“Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına start verilib FOTO
Digərləri 06 Mar 2023 19:55:00 297 0
Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda "Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun ("Yaşıl Marafon") 2023-cü il yaz mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib.
Bu xəbəri də oxu: Şərur İsfəndiyarın şirkətini məhkəməyə verdilər Mənzilə görə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, ağacəkmə aksiyası zamanı Bakının Xətai rayonunda yerləşən "Gənclik" parkında Yaponiya dövləti tərəfindən Azərbaycana hədiyyə edilmiş sakura ağaclarından ibarət bağ salınıb. Azərbaycan və Yaponiya arasında dostluq rəmzi olaraq əkilmiş həmin sakura ağaclarının çiçəklənməsi ölkələrin inkişafı, onların dostluq və həmrəylik rəmzi olacaq. Eyni zamanda, aksiya zamanı könüllülərin iştirakı ilə parkda qurumuş ağacların əvəzinə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni şam ağacları əkilib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində kütləvi ağacəkmə aksiyaları təşkil olunur.
Kampaniyanın əsas məqsədi yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işinə töhfə verməkdir.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə fəal iştirak etməyə çağırır.
İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edə
ABŞ-nin Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "
"Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfər - general-mayor
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın
2023-cü il martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rz
Müğənni Roza Zərgərli Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKS
3-5 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər
Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istə
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezid
Rəqqasə Fatimə Fətəliyeva son günlər hicablı fotosessiyaları ilə günd
Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər ə