"Azərbaycan bu məsələdə qərarlıdır"
Siyasət 06 Mar 2023 17:40:00 302 0
3-5 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Raisina Dialoq Forumunda iştirak məqsədilə Hindistan Respublikasına işgüzar səfər edib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədovun Raisina Dialoq Forumunda iştirak və çıxışı, Forumun əsas təşkilatçısı olan "Observer Research Foundation" beyin mərkəzinin vitse-prezidenti Qautam Çikermane ilə müsahibəsi, habelə Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri baş tutub.
Raisina Dialoq Forumunda çıxış edən nazir müavini Elnur Məmmədov 2016-cı ildən etibarən Yeni Dehli şəhərində keçirilən, beynəlxalq ictimaiyyətin qarşısında duran geosiyasi və geoiqtisadi çağırışlarla mübarizə yollarının müzakirə olunduğu bu platformada Azərbaycanın ilk dəfə iştirak etdiyini məmnunluqla diqqətə çatdırıb. Bu xüsusda, çoxtərəfli əməkdaşlığın beynəlxalq münasibətlər sisteminin transformasiyası dövründə qlobal çağırışlarla mübarizədə hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü kimi hər zaman qlobal inkişaf gündəliyinə sadiq olduğu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə ardıcıl töhfələr verdiyi diqqətə çatdırılıb.
Post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, bölgədə mövcud vəziyyət barədə forum iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini Elnur Məmmədov, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri apardığını diqqətə çatdırıb. Ermənistan tərəfindən maneələrə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu vurğulanıb.
Səfər çərçivəsində, həmçinin nazir müavini Elnur Məmmədovun Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri keçirilib.
Görüşlərdə Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini qarşı tərəfi post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə məlumatlandırıb.
Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istə
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezid
Rəqqasə Fatimə Fətəliyeva son günlər hicablı fotosessiyaları ilə günd
Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər ə
Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlar�
Daşkəsən rayonunda 1964-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəm
Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin t�
Azərbaycan Brüssel sülh gündəliyinə sadiqdir.
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə A
Xalq artisti Aygün Kazımova yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxm
Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun sə
Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını ilk də
Goranboy rayonunda qəribə hadisə baş verib.