Bu poliklinikalarda rentgen kabinetləri bağlandı Səbəb FOTO
Digərləri 04 Mar 2023 13:02:00 362 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: NASAnın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
FHN-dən bildirilib ki, bu çərçivədə "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və "xüsusi icazə"si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız "xüsusi icazə" əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür - https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).
Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində "Bravo"
"Beynimdə küsə bilərəm, amma qəlbimdə küsməmişəm. Zeynəb Həsə
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Rusiya Federasiyasını "Rusiya Xal
"Google" "Kontaktlar" tətbiqinə olduqca faydalı ola bilə
"Şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə aid deyil. Qoy, hər z
"Daha əvəllər də bildirmişdim ki, 2023-cü il Azərbaycanın Qarabağa
Ylnız iki bürcdə doğulan şəxslər tezliklə maliyyə baxımından çox şa
Müsavat başqanı Arif bəyin qızı Natavan Bəxtiyar Hacıyevlə aralarında
Türk dünyasını birləşdirəcək strateji əhəmiyyətli Zəngəzur dəhlizi
Amerikanın məşhur aktyoru, sağalmaz xəstəlikdən əziyyət çəkən Bryus
Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəq
Mart ayının 18-dən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Qəl