Ceyhun Bayramov Mehdi Səfəri ilə səfirliyimizə qarşı terror hücumunu müzakirə etdi FOTO
Siyasət 01 Mar 2023 18:18:00 269 0
1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə xain terror hücumundan irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.
"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.
Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.
"İlqara qədər mənə dəstək olan olmayıb. Mənim maşınım da, evim
Zığ gölünün cəmi bir neçə ay öncə vəziyyəti belə idi. Gölün dəni
Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi martın 1-
İran Almaniyanın Tehrandakı səfirliyinin iki əməkdaşını "arzuolunm
Əvvəllər Rusiya Federasiyasının vətəndaşlarına tibbi yardım göstərə
Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna qoşunlarına məlumat
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin oğlu Bruklin həyat yoldaş
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fərqan
Rusiyanın Altay diyarında bir neçə iş adamına qarşı dələduzluq baş ve
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səbinə
"2017-ci ildən "Xəzər TV"də çalışdım. 2020-ci ildə müdr
2023-cü ilin iki ayı ərzində varidatı artan rusiyalı iş adamlarının siy
Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbayca
Serbiya hakimiyyəti nəhayət Qərbin tərəfini tutmağa və Rusiyadan üz dö