Vuçiç İlham Əliyevə zəng edib
Siyasət 01 Mar 2023 17:34:00 334 0
Martın 1-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Aleksandar Vuçiç Serbiya ilə Kosovo arasında Brüsseldə keçirilən dialoq səbəbindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə Görüşündə iştirak edə bilmədiyini dedi, Serbiyanı Bakıdakı tədbirdə xarici işlər nazirinin təmsil edəcəyini bildirdi. Serbiya Prezidenti bu dialoqun gedişi barədə dövlətimizin başçısına məlumat verdi.
Aleksandar Vuçiç Serbiyanın dost Azərbaycan ilə qarşılıqlı hörmət və anlaşmaya, o cümlədən dəstəyə əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti iki dövlət başçısının yüksək şəxsi münasibətləri sayəsində dinamik inkişaf edən Azərbaycan-Serbiya strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini vurğuladı, bu ilin də ikitərəfli münasibətlərimiz üçün uğurlu olacağına ümid etdiyini bildirdi.
Söhbət zamanı enerji sahəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Serbiya hakimiyyəti nəhayət Qərbin tərəfini tutmağa və Rusiyadan üz dö
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə g�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yolux
Son iki il ərzində Respublikada öz yaradıcılıq layihələri ilə yüksək
Mart ayında bəzi bürcləri digərlərinə nisbətən fərqli günlər gözlə
Əməkdar artist Vəfa Zeynalova həyat yoldaşı ilə görüntüsünü paylaş�
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səadət
Bu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilay�
Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanması prosesində yaranm
Türkiyəli aktrisa, tamaşaçılara "Təhminə" filmindən tanış ol
Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanı
Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan də
Bəzi sosial media səhifələrində şərti olaraq "Tərtər işi" ad