Paris nəşri səfir Leyla Abdullayevanın İsrail telekanalına müsahibəsini yayımlayıb
Siyasət 28 Fev 2023 11:21:00 267 0
Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzeti Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın İsrailin "i24NEWS" kanalında Qafqazdakı vəziyyət, antisemitizm, Azərbaycan və İsrail münasibətləri haqqındakı mwsahibəsini yayımlayıb.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Məqalədə müsahibə zamanı səfirin dediklərinə istinadən qeyd olunub ki, Azərbaycanda anti-semitizmin olmaması hər kəsin inanclarına və mənşəyinə hörmət edən dərin dünyəvi dövlət modelinin gücünü sübut edir.
"Azərbaycanın Fransadakı səfiri kimi yeni vəzifəsinin icrasına başlamaq üçün dörd ay əvvəl Parisə gələn Leyla Abdulayeva ilk televiziya çıxışı üçün "i24NEWS" kanalını seçib. Ermənistanla sülh müqaviləsi, İsraillə münasibətlər, İran... və s. bu kimi mövzular ətrafında xanım diplomat Jan-Şarl Banunun suallarını telekanalın "Prime" proqramında cavablandırıb", - deyə məqalədə bildirilib.
Məqalədə xatırladılıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Qarabağ üzrə sülh müqaviləsi layihəsini Azərbaycana təhvil verdiyini açıqlayıb və bu mətni qarşı tərəf üçün "məqbul" hesab edib.
"Son günlərdə Ermənistan və Azərbaycan arasında dörd aydan sonra təmasların bərpası müşahidə olunur, iki ölkənin liderləri ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə təhlükəsizlik üzrə Münhen konfransında bir araya gəldilər (görüşdülər). Biz dialoqun bərpasını alqışlayırıq, bu, region üçün davamlı sülhə nail olmağın yeganə yoludur", - deyə məqalədə Leyla Abdulayevanın bu barədə münasibət bildirməsinə istinadən vurğulanıb.
"Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Azərbaycan onilliklər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir", - deyə L.Abdullayeva müsahibəsində əlavə edib.
Həmçinin vurğulanıb ki, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı sualı cavablandıran Leyla Abdullayeva Qüdslə Bakı arasında "onilliklər boyu davam edən" dostluq əlaqələrini də ön plana çəkib.
"Ötən il biz ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etdik, bizim sıx və tarixi əlaqələrimiz var və səfirliyin açılması ikitərəfli münasibətlərin daha da inkişafın da mühüm rol oynayacaq", - deyə diplomat vurğulayıb.
(Müsahibənin original versiyası üçün https://www.i24news.tv/fr/actu/international/1677525953-l-absence-d-antisemitisme-en-azerbaidjan-est-une-source-de-fierte-ambassadrice-azerie-en-france)
Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hu
Müxtəlif səbəblərdən (xüsusilə də burada subyektiv səbəblər çoxdur)
Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazir
Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.
Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, �
Azərbaycanı 2011-ci ildə "Avroviziya"da təmsil edən müğənni Ni
Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müə
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmd
Fevralın 27-si tarixinə əsasən, Azərbaycan Respublikasında koronavirus (CO
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhr
Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir g
"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm&
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evlər