Adil Kərimli 30dan çox vəzifəli şəxsi işdən çıxardı
Digərləri 28 Fev 2023 11:07:00 285 0
Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.
Bu xəbəri də oxu: MSK bələdiyyə seçkiləri ilə əlaqədar ekspert qrupu yaradıb
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır.
Bildirilir ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.
Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib.
Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.
Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, �
Azərbaycanı 2011-ci ildə "Avroviziya"da təmsil edən müğənni Ni
Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müə
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmd
Fevralın 27-si tarixinə əsasən, Azərbaycan Respublikasında koronavirus (CO
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya
Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhr
Göyçayda avtoxuliqanlıq edən yeniyetmə barəsində qanunamüvafiq tədbir g
"Bələdiyyə ilə torpaq satırdım. Dələduzluqdan türməyə düşdüm&
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evlər
Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə
Son.az xəbər verir ki, tanınmış müğənni Fədayə Laçın moderator.az-ı
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.