Gənc qızın şok əməlləri: "Ərin başqa qadın yanına getməsin deyə..."
Kriminal 25 Fev 2023 14:00:00 441 0
Ağdam rayonu sakini, 2001-ci il təvəllüdlü Sona (adlar şərti verilib -red.) "İnstagram" sosial şəbəkəsində "Xanimlar" adı ilə qeydiyyata alınan səhifədə özünü falçı kimi təqdim edib, şəbəkə istifadəçilərinə qarşı dələduzluq edib.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Son.az Teleqraf.com-a istinadən bildirir ki, o, dörd qadına qarşı dələduzluq edib.
İttihama görə, Sona "İnstagram" sosial şəbəkəsində tanış olduğu Nərminin etibarından sui-istifadə edib, ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyini deyib. Nərminə yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjini cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə onun bədənindən, yaşadığı mənzildən çıxaracağını deyib.
Bu adla Nərmindən 1220 manat alıb. Eyni əməllərlə Ləmanı da aldadıb və onun 970 manatını mənimsıyib.
Bundan başqa, Sona "İnstagram"da "tebii_energy_ritual" adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu Aydana ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemi həll edə biləcəyini söyləyib. Aydanın özündə və yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə onun bədənindən, yaşadığı mənzildən çıxaracağına dair yalan vəd edib, ondan 870 manat alıb.
Daha sonra Sona "İnstagram"da Nəzrinlə tanış olub. Ona da eyni şeyləri deyib və 1700 manatını alıb.
Sona 23 sentyabr 2021-ci ildə aldadıldığını başa düşən və 1700 manat pulun qaytarılmasını tələb edən Nəzrini tələbindən çəkindirmək üçün özünün və ailə üzvlərinin şəkillərindən ibarət videomaterial hazırlayıb. Nəzrini rüsvayedici məlumatları "İnstagram" sosial şəbəkəsində "tebil_energy_ritual" səhifəsində paylaşmaqla hədələyib.
"Xristian deyiləm, sadəcə bu dinlə maraqlanmışam"
İstintaq orqanı tərəfindən Sonanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluqtörətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sona ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, "İnstagram" sosial şəbəkəsində saxta profili olub və "Xanimlar" adlı səhifədə Nərminlə tanış olub: "Həmin səhifədə hər kəs öz problemlərini bölüşürdü. Nərmin də öz problemini yazdı. Onun rəyinə baxıcı profillərimi etiketlədim.
Mən müxtəlif dinlərlə maraqlanmışam. Əmim Rusiyada yaşadığına və onun ailəsinin kilsədə şam yandırdığına görə məndə buna maraq oyandı. Arada Bakıda kilsəyə gedirdim. Bildirmək istəyirəm ki, xristian deyiləm, sadəcə bu dinlə maraqlanmışam.
Nərminə rəydə baxıcılara inanmamağı, gedib xristian kilsəsində şam yandırmağı bildirdim. Nərmin yoldaşının onu bayıra çıxmağa icazə vermədiyini yazdı, məndən şam almağımı xahiş etdi. Ona vaxtımın olmadığını bildirdim. Yenı şam almağımı xahiş etdi. "Baxaram" desəm də, məndən əl çəkmədiyinə görə razılaşdım".
"Pula ehtiyac olmadığını bildirdim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Nərmin ona telefonla zəng edib və şamları soruşub:
"Nərmindən "28 May" metrostansiyasına gəlməyi, orada şamları məndən götürməyi xahiş etdim. O, Bakını yaxşı tanımadığını, şamları "20 Yanvar" metrostansiyasında verməyimi istədi. Mən də razılaşıb onun dediyi yerə getdim. Lakin Nərmin metrostansiyadan bir az uzaq yerə gəlməyimi bildirdi. Görüşəndə şamı ona uzatdım. Nərmin orada adamın çox olduğunu, bir az kənara keçməyi dedi.
Bir az irəli keçdim, şamı verəndə Nərmin mənə pul uzatdı. Mən pula ehtiyac olmadığını bildirdim. Bu zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşı məni maşına oturdu və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına apardılar".
"Dedilər ki, çox kasıbsan, get 5000 manat da gətir"
Təqsirləndirilən şəxs deyib ki, nəyə görə saxlanıldığını soruşduqda, ona bir söz deməyiblər: "Binada olarkən yenidən nəyə görə saxlanıldığımı soruşdum. Barəmdə şikayət olduğu bildirildi. Şikayətin nə ilə bağlı olduğunu soruşdum. Mənə bir söz demədilər.
Bir neçə saat oturduqdan sonra məndən getmək istəyib-istəməməyimi soruşdular. Getmək istədiyimi deyəndə yüksək məbləğdə pul istədilər. Mən hələ də şikayətin məzmunu və kim tərəfindən olduğunu bilmirdim.
Yoxa çıxdığıma görə atam polis bölməsinə müraciət etmiş və şəhər kameralarından baxaraq maşının nömrəsi müəyyənləşdirilmişdi. Məlum olmuşdu ki, nömrə saxtadır, maşın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məxsusdur.
Daha sonra idarəyə gələn atamı qapıdan buraxmadılar. Həmin şəxsin atam olduğunu bildikdə telefonla məni yığdırdılar, pul istədiklərini atama dedim. İlkin olaraq məndən 20000 manat istəyirdilər. Bu qədər pulumun olmadığını söyləyəndə 10000 manatla razılaşdılar. Atam 5000 manat pul taparaq gətirdi.
Atama dedilər ki, görürəm çox kasıbsan, get 5000 manat da gətir, qızını buraxaq. Atam həmin gün qalan 5000 manatı da verəndən sonra məni buraxdılar".
"Başımızın ağrıyacağını bildirdilər"
Sona qeyd edib ki, onu həbsdən azad etsələr də, məsələ bağlanmayıb: "Atam həmin pulları borca götürdüyünə görə borclu olduğumuz şəxslər bizdən pullarını tələb etməyə, bizi sıxışdırmağa başladılar. Atam borcları qaytarmaq məqsədilə banka müraciət etsə də, ona kredit verilmədi. Bildirmək istəyirəm ki, zərərçəkmiş kimi qeyd olunan şəxslərdən pul almamışam. Borclu olduğumuz şəxslərlə bizim əlaqəmiz yoxdur. Yəni, barəmdə cinayət işinin açılmasına səbəb atamın aldığı borcları qaytara bilməməsi olub.
Anladım ki, borclarımı ödəyə bilməyəcək, yenə polisə düşəcəm. Buna görə də Prezidentə məktub ünvanladım, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bizdən pul aldığını bildirdim.
Məktublarımdan sonra bizə Daxili İşlər Nazirliyinindən və Baş Prokurorluqdan zənglər gəldi. Pulun geri qaytarılacağı bildirildi.
Daha sonra bizə Qabil adlı şəxsdən zənglər gəlməyə başladı. O, bizi hədələdi və "Banditizm"ə gəlməli olduğumu dedi. Səbəbini soruşdum, o da tələbini təkrarladı. Bizə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan zənglər gəldiyini, pulların qaytarılacağına söz verdiklərini bildirdik.
Bundan sonra atama 2-ci polis bölməsindən zəng gəldi. Məndən şikayət olduğunu, bölməyə getməli olduğumu dedilər.
Atam şikayətin nədən olduğunu soruşdu. Maşınla kimisə vurduğumu dedilər. Atam polis bölməsinə getdi və orada ona bildirdilər ki, qızına de, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsin.
Yenidən şikayətimizi poçtla göndərmək istəyəndə, Qabil adlı şəxs bu dəfə bizi ailəlikcə "Banditizm"ə apardı. Bizdən şikayəti geri götürməyimizi tələb etdilər. Əks halda başımızın ağrıyacağını bildirdilər. Borclu olduğumuz şəxslərin bizi sıxışdırdıqlarını desək də, bizdən şikayəti geri çəkməyimizi tələb etdilər. İzahatımızı aldılar, lakin bu dəfə telefonumu qaytarmadılar".
"Baxıcı axtarışına başladım"
Cinayət iş üzrə ifadə verən Ləmanın sözlərinə görə, 2017-ci ildən 2021-ci ilin əvvəllərinə kimi Ramillə qeyri-rəsmi nikah münasibətində olub: "Ramillə münasibətlərimiz səbəbsiz pisləşdi. Dəfələrlə Ramillə yaxşılaşdırmaq istəsəm də, nəticə olmadı. Eşitdim ki, belə münasibətləri falçının əliylə yaxşılaşdırmaq olar. Ona görə də falçı axtardım, "İnstagram" sosial şəbəkəsində baxıcı axtarışına başladım".
Zərərçəkmiş qeyd edib ki, 2021-ci il aprelin əvvəllərində "İnstagram" sosial şəbəkəsində Sona adlı şəxslə tanış olub:
"Öncə onunla "İnstagram" sosial şəbəkəsində əlaqə saxladım, məsələni danışdım. Sona bundan sonra mənimlə vatsapda ani mesajlaşma proqramı ilə əlaqə yaratdı. Ramillə aramdakı bütün olanları ona danışdım. Sona baxmaq üçün 20 manat ödəniş etmək lazım olduğunu bildirdi. Aramızdakı bütün söhbətlər və proseslər, o cümlədən ödəmələr onlayn qaydada oldu.
Aprelin 23-də Sumqayıt şəhərində Sonanın kart hesabına 20 manat köçürdüm. Sonra o, Ramillə aramda olan münasibətləri yaxşılaşdırmaq üçün 850 manat pul müqabilində müəyyən prosedurları həyata keçirəcəyini bildirdi. Mən də razılaşdım. İki gün sonra Sona qiymətin 850 manat yox, 950 olacağını dedi. Yenə də razılaşdım. Aprelin 26-da onun kartına 950 manat köçürdüm".
"Başa düşdüm ki, məni aldadıb"
Özbəkistandan olan 50 yaşlı erməni Tiqran Xaçikyan Sankt-Peterburqun mərk
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiy
Dünyaca məşhur müğənni Madonna 41 yaş kiçik sevgilisi Endryu Darnell il�
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İranın idman naziri Həmid S�
Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyevanın başına iş gəlib
31 il əvvəl Xocalıda soyqırımı törədən ermənilər Beynəlxalq Cinayət
Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə h
Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.
"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının ötən g
Ötən gün Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam oldu. Amma proqnozların
Türkiyənin İğdır şəhərində evdən narkotik tapılıb.
Kanada Ukraynaya daha dörd "Leopard 2" tankı verəcək.