Xocalı soyqırımını törədənlər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir
Siyasət 25 Fev 2023 13:07:00 288 0
31 il əvvəl Xocalıda soyqırımı törədən ermənilər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir.
Bu xəbəri də oxu: Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın məşhur "Daily Times" qəzetindəki məqalədə deyilir.
"Bu dəhşətli faciə nəticəsində erməni silahlı qruplaşmaları tərəfindən 613 günahsız dinc sakin, o cümlədən uşaqlar və qadınlar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü, 7 mindən çox insan evlərindən zorla çıxarıldı", - məqalədə deyilir.
Müəllif İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən bir il sonra işğaldan azad edilmiş torpaqlara səfər etdiyini və ermənilərin buraları nə hala saldığını öz gözləri ilə gördüyünü qeyd edir.
"Onlar bütün bölgəni dağıtmışdılar. Onlar təkcə milyonlarla insanı evlərindən qovmayıb, həm də infrastrukturu tamamilə dağıdaraq talan ediblər, ətraf mühitə geri dönülməz zərər veriblər. Dünyanın ən gözəl turizm bölgəsi adlandırıla biləcək bu gözəl yer bu barbarların əməlləri ucbatından xarabalığa çevrilib. Evlər və məscidlər dağıdılıb, muzeylər və tarixi məkanlar yer üzündən silinib", - yazıda vurğulanıb.
Müəllif ermənilərin Azərbaycanın Qarabağ bölgəsində törətdikləri saysız-hesabsız vəhşilikləri yada salıb.
"Yerli sakinlərdən bir neçə hadisə haqqında eşidəndə həqiqətən dünyada hələ də bu cür insanların ola biləcəyini düşünmürdüm. Bu soyqırımının arxasında dayanan ermənilər Beynəlxalq Cinayət Məhkəməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar. Bundan başqa, beynəlxalq birlik Ermənistan əleyhinə sanksiyalar tətbiq etməlidir ki, bu bütün dünya üçün nümunə olsun", - məqalədə bildirilib.
Son.az
Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə h
Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.
"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının ötən g
Ötən gün Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam oldu. Amma proqnozların
Türkiyənin İğdır şəhərində evdən narkotik tapılıb.
Kanada Ukraynaya daha dörd "Leopard 2" tankı verəcək.
Meyxanaçı Ağamirzə Məmmədov sənət vasitəsiylə qazandıqlarını açıq
"Anglo Asian Mining" (AAM) Gədəbəy rayonundakı yeni Zəfər yatağ
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronla�
Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava a
Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-n
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil