"O, Azərbaycan Ordusunun irəlilədiyini biləndə dedi ki..."


Siyasət 24 Fev 2023 23:57:00 392 0

"O, Azərbaycan Ordusunun irəlilədiyini biləndə dedi ki..."

Biz danışıqlarda uğursuzluğa düçar olduğumuz üçün özümüz bu müharibəni üzərimizə gətirdik. Biz hərbi balansı saxlaya bilmədiyimiz üçün müharibəni uduzduq.

Son.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

"Biz müharibəni rüsvayçı şəkildə uduzduq, çünki onu çox pis apardıq", - deyə o bildirib.

Oskanyan xatırladıb ki, 1994-cü ildə atəşkəs tətbiq edildikdən sonra və 2018-ci ilə qədər nisbi sülh stabil diplomatik proses və hərbi balans sayəsində qorunub. Beləliklə, bu, birinci, ikinci, üçüncü prezidentlərin dövründə olub.

"İkinci prezidentin (Robert Köçəryan) dövründə - mən xarici işlər naziri olduğum zaman - hər dəfə diplomatik vakkum yarananda, Azərbaycan Minsk Qrupunun təklifini bir daha rədd edəndə dərhal göstəriş verilirdi ki, bütün diplomatik səylərimizi bu məsələyə yönəltək. Danışıqlarda təhlükə yaradan bir boşluq yaranmasının qarşısını almaq üçün yeni bir təklif hazırlayırdıq. Azərbaycan tərəfinin hansısa mövqedə 100 metr irəlilədiyi barədə dövlət başçısına məlumat verildikdə, onun zərərsizləşdirilməsi ilə bağlı birmənalı tapşırıqlar verilib. Bu gün bizi inandırmaq istəyirlər ki, alternativ yoxdur, deyirlər, elə vəziyyət yaranıb ki, biz Ermənistanı xilas etmək üçün Qarabağı verməliyik", - Ermənistanın keçmiş xarici işlər naziri əlavə edib. O bunu saxta tezis adlandıraraq, bu yanaşmanın öhdəsindən gəlməyi bacarmağa çağırıb:

"Deyəsən, vəziyyət ümidsizdir, lakin bu vəziyyəti indiki hakimiyyət yaradıb. Bu vəziyyətdə səlahiyyətlilər nə edə bilər? Yadınızdadırsa, Paşinyan bir məqamda demişdi: "Mən Madrid sənədini dərindən araşdırmalıyam, çünki anlamadığım çoxlu müddəalar var. Həmin günlərdə Paşinyana yaxın adamlarla görüşmək imkanım oldu. Onlardan xahiş etdim ki, Paşinyana, Madrid sənədinin müəllifinin İrəvanda olduğunu desinlər, əməkdaşlıq edək. Əgər o günlərdə Paşinyan mənə zəng etsəydi və onunla danışmaq imkanım olsaydı, ona belə bir məsləhət verərdim:

"O günlərdə xalqın geniş dəstəyi ilə sizin müəyyən əlavə güzəştlər etmək imkanınız var. Hansı ki, əvvəlki prezidentlər etmək istəmədi və ya edə bilmədi, məsuliyyəti öz üzərinə götür, bu əlavə güzəştlərə get və Qarabağ məsələsinin ermənipərəst həllinə nail ol". Madrid sənədi belə bir fürsət verirdi. Paşinyan yaxşı miras almışdı. Mən məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün onun yanında olmağa və ona dəstək olmağa hazır idim. Amma Paşinyan başqa yol tutdu, daxili parçalanma yolunu tutdu, sıfırdan başladı".

V.Oskanyan qeyd edib ki, müharibədə uduzmusansa, diplomatiyanı yeni səviyyəyə qaldırmalısan:

"Müharibədən sonra hakimiyyətimiz məhz burada səhv etdi. Diplomatiyanı ön plana çıxarıb yeni imkanlardan yararlana bilmədilər, lakin öz səhvlərinə haqq qazandırmaq yolunu tutdular".

"Bizim hakimiyyət bunun əksini etdi, dünyanı Qarabağın bizim olmadığına, Azərbaycanın ərazisi olduğuna inandırmağa getdi. Bu fəaliyyət davam edir. Ermənistanın heç bir hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb", - Oskanyan vurğulayıb. (publika)

Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir  Fahrettin Koca like
  • 24 Fev 23:52  
Digərləri Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir Fahrettin Koca

Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik ol

arrow Ətraflı
Əli Nəbiyev vəzifəsindən like
  • 24 Fev 23:48  
Digərləri Əli Nəbiyev vəzifəsindən

Ordubadın polis rəisi vəzifəsindən azad edilərək sərəncama götürülü

arrow Ətraflı
Bakıda dəhşətli hadisə: Oğul gecə oteldən gələn anasını qanına boyadı like
  • 24 Fev 23:45  
Kriminal Bakıda dəhşətli hadisə: Oğul gecə oteldən gələn anasını qanına boyadı

Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqiş�

arrow Ətraflı
Dünya Bankı Ukraynaya 2,5 milyard ayırır like
  • 24 Fev 23:42  
Dünya Dünya Bankı Ukraynaya 2,5 milyard ayırır

Dünya Bankı (DB) Kiyevə 2,5 milyard dollar qrant yardımı göndərəcək.

arrow Ətraflı
Bu məşhur şirkət də işçilərini ixtisar edir like
  • 24 Fev 23:37  
Dünya Bu məşhur şirkət də işçilərini ixtisar edir

İsveçin "Ericsson" telekommunikasiya qrupu dünya üzrə 8500 iş ye

arrow Ətraflı
Zelenski açıqladı: Krım əməliyyatına hazırlaşırıq! like
  • 24 Fev 23:32  
Dünya Zelenski açıqladı: Krım əməliyyatına hazırlaşırıq!

Ukrayna Krımı hərbi yolla azad etməyə hazırlaşır.

arrow Ətraflı
Türkiyədə zəlzələdə həlak olanların sayı like
  • 24 Fev 23:27  
Dünya Türkiyədə zəlzələdə həlak olanların sayı

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 218 nəfər olub.

arrow Ətraflı
Zelenski: İsrailin bizim tərəfimizdə olmasını istəyirəm! like
  • 24 Fev 23:16  
Dünya Zelenski: İsrailin bizim tərəfimizdə olmasını istəyirəm!

İsrailin Ukrayna konfliktində vasitəçi olmasını deyil, Kiyevin tərəfind�

arrow Ətraflı
Ana və övladı like
  • 24 Fev 23:05  
Digərləri Ana və övladı

Bir neçə saat əvvəl Qəbələnin Zarağan kənd sakinləri olan iki qadın d

arrow Ətraflı
"Nurofen"lə bağlı araşdırma başladı: like
  • 24 Fev 23:00  
Digərləri "Nurofen"lə bağlı araşdırma başladı:

Böyük Britaniyada soyuqdəymə əleyhinə geniş istifadə olunan "Nurofe

arrow Ətraflı
Yağıntı havanın keyfiyyətinə like
  • 24 Fev 22:56  
Digərləri Yağıntı havanın keyfiyyətinə

Havanın keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail

arrow Ətraflı
Bakıda zəncirvari qəza: like
  • 24 Fev 22:52  
Digərləri Bakıda zəncirvari qəza:

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub like
  • 24 Fev 22:46  
Siyasət Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

23 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Ər arvadını bıçaqladı like
  • 24 Fev 22:41  
Kriminal Ər arvadını bıçaqladı

Bərdədə ər arvadını bıçaqlayıb.

arrow Ətraflı